Icma.az
close
up
RU
Millimiz Macarıstana uduzdu Fernandu Santuş razı qaldığını dedi

Millimiz Macarıstana uduzdu Fernandu Santuş razı qaldığını dedi

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Futbol üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Globalinfo.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib. “Liv Bona Dea Arena”da baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmanın qolunu Renat Dadaşov (7) vurub. Macarların heyətində isə Barnabaş Varqa (5) və Dominik Soboslai (33) fərqləniblər.

Fernandu Santuş oyundan sonra görüşlə bağlı fikirlərini bildirib.

“Oyuna yaxşı başlamadıq. Qol buraxsaq da, yaxşı reaksiya verdik. Bundan sonra balanslı oyun keçdi. Ancaq ikinci qolu buraxdıq. İkinci hissə daha çətin keçdi. Rəqibdə keyfiyyətli oyunçular var. Asan top itirmirlər. Oyunçularım sona qədər inanırdı ki, bərabərlik qolunu vura bilərlər. Lakin bəzi oyunçularda yorğunluq var idi və bu, özünü göstərdi. Ona görə dəyişiklik etdim. Oyunun sonlarında 3 epizod yaratdıq, ancaq alınmadı. Futbolda bəxt də lazımdır. Son iki oyunda futbolçulardan razı qaldım. İnkişaf etdilər.

Qarşıdan gələn rəsmi oyunlarla bağlı oyunçularla danışıram. Nəyi yaxşı edə bilərik, nə narahat edir. Bunları onlara deyirəm. Çalışmalı olduğumuz məqamlar üstündə işlədik. İstədiyim şeyləri görə bildim. Əlbəttə, çatışmayan şeylər hələ də var. Yaxşı şeyləri də bildirməliyəm.

O, Emin Mahmudovun dayaq yarımmüdafiəçi mövqeyində oynamasından danışıb.

“O mövqedə dünyanın ən yaxşı oyunçularından biri Pirlodur. O, dayaq yarımmüdafiəsində də texnikasını göstərib. Emin də bu gün yaxşı oynadı. Bu mövqedə onun daha yaxşı olduğunu düşünürəm. Böyük rəqiblərə qarşı irəlidə boşluq az olur. Emin də yaxşı texnikaya sahibdir və son iki matçda mükəmməl oynayıb.

Baş məşqçi Cəlal Hüseynovun “Fernandu Santuşun əsas tələbi qol buraxmamaqdır” deməsi ə də münasibət bildirib:

“Belə şey deməmişəm. Bu, yalandır. Köməkçim Rəşad Eyubov bilir ki, belə şey deməmişəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 İyun 2025 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri