Icma.az
close
up
RU
Nərimanın “Qarabağ”dan getməkdən başqa yolu yoxdu!

Nərimanın “Qarabağ”dan getməkdən başqa yolu yoxdu!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rəşat Nuri Güntəkinin “Çalıquşu” romanı əsasında çəkilən eyniadlı serialın məlum-məşhur epizodunu, yəqin ki, xatırlayırsız: Fəridə (unudulmaz Aydan Şənər!) ağacın başında alma yeyə-yeyə heç də laqeyd olmadığı Kamranın gecə görüşündə Nərimana yağdırdığı komplimentləri dinləyir: “həyatım, mələyim, ruhum, sarı manolyam...”

Sonra da qəhqəhə çəkərək gülür, dayanmadan bu sözləri təkrarlayır, Kamranı qıcıqlandırır. Orda Nəriman qadın obrazıdı, bu yazıda isə söhbət kişidən – Nəriman Axundzadədən gedəcək.
Mənə elə gəlir ki, onun “Qarabağ”ın və yığmanın heyətində keçirdiyi hər oyundan sonra Azərbaycanın futbol ictimaiyyəti əsərdəki Nərimana söz yağdıran Kamrana bənzəyir. Əlbəttə, bir ciddi fərq var: o sözlər kompliment idisə, indi hər oyundan sonra Nərimanı qınamayan, acılamayan adam yoxdu!
Bəli, 21 yaşlı hücumçu bu gərginliyə, təzyiqə, bütün bəlaların səbəbkarı kimi göstərilməyə, yerli-yersiz tənqidə dözmədi. Bizdə olan bilgiyə görə, Nəriman artıq “Qarabağ”ı tərk etmək qərarını Qurban Qurbanova çatdırıb. Elə qış “transfer pəncərəsi”ndə onun Ağdam klubundan ayrılması tam realdı. Hətta bu ayrılıq üçün bütün şərtlərin yetişdiyini də deyə bilərik.
Birincisi, ortada Avropa klublarından real təkliflər var, daha doğrusu, təkliflər yaydan bəri yağır, indi artıq seçim etmək vaxtıdı. İkincisi, Nəriman elə yaşdadı ki, daim oynamağa və “artırmağa” ehtiyac duyur, indi onun rotasiya oyunçusu statusu ilə kifayətlənən vaxtı deyil. Üçüncüsü, Nəriman təzyiq və gərginlik altında olduğu, bəzən hətta bilərəkdən hədəf seçildiyi yerdə yox, fərqli bir mühitdə oynamaq istəyir. Görün iş nə yerə çatıb ki, “Bu şəhərdə” də onu lağa qoyur; amansız və bəsit şəkildə. Dördüncüsü, Nəriman “Qarabağ”da missiyasının bitdiyini düşünür. Təsəvvür edin ki, “Qarabağ”ın hətta “Napoli” və “Ayaks” ilə oyunlarda xal ehtiyatını artırmaq, Çempionlar Liqasında ilk 24 komanda sırasına düşmək perspektivi də gənc hücumçunun ağlını və planlarını qarışdırmır, o, birmənalı şəkildə getmək, klubunu dəyişmək fikrindədi.
Odu ki, mən indiki məqamda “Nəriman amansız tənqidlərə nə dərəcədə layiqdi” sualından daha çox (belə müzakirə sonsuza qədər davam edəcək və heç kimə xeyir verməyəcək) “onun getməsi məqsədəuyğundumu” məqamına yönəlmək istəyirəm. Bəli, getməlidi, hətta bəlkə də gecikib! İstər özünün bir futbolçu kimi “artırmaq” (“Bu şəhərdə”nin “Qızıl top” zarafatını demirəm), istərsə də yığmaya yardım etmək və Azərbaycan futbolunu brend kimi tanıtmaq imkanı baxımından.
İnsafən, Mahir Emreli bu yolda bacardığını etdi və edir, amma onun dili çox acıdı, problemli adamdı, klubdaxili davranış qaydalarına heç cür uyğunlaşa bilmir. İndi növbə Nərimanındı. Biz indiyə qədər ondan hansısa artıq-əskik hərəkət, rəqiblərə, çalışdırıcısına, komanda yoldaşlarına hörmətsizlik görməmişik. Hansısa oyunların taleyini həll etdiyi məqamlarda belə təvazökar, ölçülü-biçili davranıb, elə həmin Elvin Cəfərquliyevlə Toral Bayramovdan fərqli heç bir çərçivəni aşmayıb. Belə bir adam-futbolçu sırf inkişaf niyyəti ilə getməyə qərar veribsə, onu yalnız alqışlamaq, xeyir-dua vermək, parlaq karyera arzulamaq lazımdı.
Bəs Nərimanın Avropaya köçünə nə əngəl ola bilər? Sadəcə, “Qarabağ” qarısındakı müqavilə öhdəlikləri. 2028-ci ilin iyununa qədər ağdamlılara bağlıdı, onu almaq istəyən klub müəyyən məbləğdə kompensasiya ödəməlidi. Ki, bütün bu məqamlar texniki xarakter daşıyır. Mən bu gedişə “hə” deyirəm. Xeyirli olsun!
HUŞƏNG

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Noyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri