Icma.az
close
up
RU
“Qarabağ” oyununda qırılma nöqtəsi, Nərimanın linçlənməsi: Erkən qol vurmasaydıq...

“Qarabağ” oyununda qırılma nöqtəsi, Nərimanın linçlənməsi: Erkən qol vurmasaydıq...

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Belə komandaların uğurları olduqca azarkeşlərin tələblərini, səylərini artırır. Bu, başadüşüləndir, normal yanaşıram, amma bəzən biz “Qarabağ”ın hansı miqyasa qədər gəlib yüksəldiyini, futbol nəhəngləri ilə bir sırada olduğunu unuduruq”.

Bu sözləri Ölkə.Az-a açıqlamasında idman jurnalisti, qol.az saytının əməkdaşı Aydın Bağırov ötən gün baş tutan “Qarabağ”-“Atletik” oyununu şərh edərkən deyib.

“Bu gün “Qarabağ” Avropanın ən nəhəng futbol turnirində oynayır. Onun yer aldığı Çempionlar Liqasının (ÇL) liqa mərhələsində 36 komanda iştirak edir. Onların arasında “Qarabağ” həm büdcəsinə, həm oyunçuların səviyyəsinə görə ən son sıralarda olan bir komandadır. Amma nəticələrə baxanda irəlidədir. Bu, Azərbaycan futbolu üçün gözlənilməz və fövqəladə bir hadisədir. Futbol tariximizdə belə bir hadisə olmayıb. Biz gördük ki, digər komandalarımız nəinki Avropa liqa mərhələlərinə düşür, heç onun “play-off” mərhələsinə qədər gəlib çatmırlar. Bu, çox təəssüf doğuran bir haldır”, - deyə o əlavə edib.

A. Bağırov dünənki məğlubiyyətin gözlənilən olduğunu söyləyib:

“Dünənki gedişat və məğlubiyyət şəxsən mənim üçün gözlənilməz olmadı. Komanda Avropanın ən güclü futbol çempionatlarından biri olan İspaniya çempionatının – hansı ki, Avropada TOP 5-likdədir – ən güclü komandalardan biri olan “Atletik”lə qarşılaşdı. Rəqib meydanında 53 minə yaxın azarkeşin qarşısında idi və belə təzyiq də gözlənilirdi. “Atletik” çox səviyyəli bir komandadır, oyun üslubu da “Qarabağ”a bənzəyir. Tipik ispan futbolu oynayırlar. Başlanğıcda vurulan qol düşünürəm ki, bəlkə də “Qarabağ”ın lehinə olmadı. Bəlkə də erkən vurulmasaydı, daha gec olsaydı, oyun başqa bir məcrada gedə bilərdi. Amma dünənki nəticəni ədalətli sayıram. Hesab edirəm ki, “Atletik” çox güclü və qələbəyə layiq idi”.

İdman jurnalisti hesab edir ki, dünənki oyunda penalti təyin edilməməsi də gedişata təsirsiz ötüşməyib:

“Təəssüf doğuran məqam odur ki, hakim penalti təyin etmədi. Penalti olsaydı, bəlkə də nəticə başqa cür olardı, amma istənilən halda bu, “Atletik”in qələbəsinə kölgə salmamalıdır.

Eyni zamanda “Qarabağ”ın da belə bir güclü rəqibə qarşı çox layiqincə mübarizə apardığını, onun rəqib qarşısında mümkün qədər tab gətirdiyini də demək olar. Ümumiyyətlə, komandamızın oyunundan narazı deyiləm. Hesab edirəm ki, komanda belə yarışda oynamaqla daha da inkişaf edir. “Qarabağ” bu templə getsə, gələcək illərdə daha yaxşı uğurlara nail ola bilər.

Rəqiblər getdikcə güclənir. Nəzərə almalıyıq ki, qarşıda “Napoli”, “Çelsi”, “Liverpul”, “Ayaks”la və s. oyunlar var. Yəni daha çətin mərhələlər bundan sonra başlayır. Heç bir təminat yoxdur ki, “Qarabağ” orada xal qazanacaq. Amma ümid edirəm ki, olacaq. Ev oyunlarımız var və orada xal götürüb, heç olmasa ilk 24 yerə düşməyimiz Azərbaycan futbolu üçün çox yaxşı nəticə ola bilər. Çünki ilk 24 yerə düşsək, ÇL-də növbəti mərhələyə – “play-off” mərhələsinə adlaya bilirik.

Yenə də deyirəm, “Qarabağ” yaxşı oyun sərgiləyib. İstər heyət, istər büdcə, istər klubun bütün infrastrukturundakı fərqlərdən, rəqibin oynadığı liqanın səviyyəsindən gedir. “Atletik”in daxili çempionatda “Real”, “Barselona”, “Sevilya” kimi rəqibləri var. “Qarabağ” isə daxildə Azərbaycan çempionudur, güclü rəqibləri yoxdur. Bu da komandaya müəyyən problemlər yaradır”.

A. Bağırov Nəriman Axundzadə ilə bağlı tənqidləri haqlı hesab etdiyini söyləyib:

“Nərimana gəldikdə isə azarkeşlərin tələblərini, tənqidlərini başa düşürəm və haqlı sayıram. Çünki həmişə hücumçudan gözlənilən qol olur. Amma biz o detalı unutmamalıyıq ki, Nəriman “play-off” mərhələsində komandaya çox böyük bir fayda verdi. Liqa mərhələsi ərəfəsində zədə aldı və sıradan çıxdı. Nəriman gənc bir oyunçudur və belə böyük yarışlarda oynamaq onun üçün yeni bir çağırış, təcrübədir. Buna görə həyəcan, təcrübə çatışmazlığı hiss olunur. Ona bir az zaman lazımdır ki, o püxtələşsin. Amma o özü də öz üzərində çox çalışmalıdır, çünki bu gün elə bir yaş dövründədir ki, özünü indi daha çox göstərməlidir. Bu yaşda parlamalıdır. Əgər ÇL kimi bir yarışdadırsa, özünü bütün Avropaya göstərmək baxımından yaxşı bir meydandır. Gərək, Nəriman da bu fürsətdən yararlansın, Qurban Qurbanov kimi məşqçinin verdiyi tapşırıqları, onun məktəbini layiqli şəkildə keçsin.

Əvəzetməyə gəldikdə isə Qurban Qurbanovun bir müsahibəsi yadıma düşür. O, demişdi ki, ən çox ehtiyat etdiyim əvəzetmələrdir, çünki bilmək olmur ki, bu, özünü nə dərəcədə doğruldacaq. Dünən də əvəzetmələr məncə, taktiki baxımdan normal idi. Sonradan daxil olan oyunçular da pis deyildi. Özlərini yaxşı tərəfdən göstərə bildilər. Amma rəqibin 90 dəqiqə ərzində komandaya çox güclü basqı etdiyini unutmamalıyıq. Hansısa qeyri-adi hadisə baş verməyib. Bu, futbolun tərkib hissəsidir. Çempionluq da olacaq, məğlubiyyət də. Əsas odur ki, komandamız ÇL-dədir, heç kimin gözləmədiyini 3 turda bacarıb”.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri