Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları”

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları”

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şamaxı, 18 sentyabr, AZƏRTAC

Şamaxıda yeni istifadəyə verilən “Nəsimi Bağları” kompleksi sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirmələri, eləcə də regionda turizmin inkişafına töhfə vermək məqsədilə yaradılmış növbəti möhtəşəm məkandır. Ümumi 120 hektar ərazini əhatə edən kompleks bölgənin təbii xüsusiyyətlərini qorumaq, ailəvi istirahəti rahat mühitdə təşkil etmək prinsipləri əsasında qurulub.

AZƏRTAC xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər komplekslə tanış olublar.

“Nəsimi Bağları”nın layihə koordinatoru Zöhrə Tağıyeva qeyd edir ki, ərazidə qonaqlar üçün geniş xidmət şəbəkəsi mövcuddur: “Kompleks ümumilikdə 120 hektar ərazini əhatə edir və bölgə turizmi üçün böyük əhəmiyyət kəsb edir. “Nəsimi Bağları”nda müxtəlif xidmət obyektləri – restoranlar, “Capybara Land”, “Capybara Cafe”, mehmanxana və kotteclər fəaliyyət göstərir. Burada maraqlı layihələrdən biri “Magic Village” adlanır. Bu ərazidə dünyada məşhur olan 11 hobbit evi və 'Honey Nest' kafesi yerləşir. Azərbaycanda ilk və yeganə olan “Capybara Land” isə xüsusilə uşaqların əyləncəsi üçün nəzərdə tutulub. Kompleks ərazisində 150 mindən çox ağac və bitki, o cümlədən dünyanın ən sürətlə böyüyən və hündürlüyü 12 metrə çatan pavlovniya ağacları əkilib. Ərazidə 100-dən çox rəssam və heykəltaraşın əsərləri nümayiş olunur. Bundan başqa, Şamaxının zəngin tarixini və ustad sənətkarların əl işlərini əks etdirən muzey də yaradılıb. Muzeydə Qriqori Qaqarinin Şamaxı səfəri, şamaxılı obrazları, Aleksandr Dümanın Mahmud ağanın evində qonaq olması, Mahmud ağanın qonaq evi, eləcə də bir vaxtlar Şamaxıda istifadə olunmuş və Almaniyadan gətirilmiş faytonlar sərgilənir”.

“Capybara Land” barədə məlumat verən layihə meneceri Sima Məlikova deyib: “Capybara Azerbaijan Şamaxıda, “Nəsimi Bağları” ərazisində yerləşən ölkəmizin ilk kapibara fermasıdır. Layihəmizin əsas məqsədi ekoloji turizmin inkişafına töhfə vermək, insanları unikal heyvanlarla daha yaxından tanış etmək və eyni zamanda, heyvanlara qarşı məsuliyyətli, qayğıkeş davranışın formalaşdırılmasına dəstək olmaqdır”. O, həmçinin qeyd edib ki, kapibaralar təbiətdə 7–8 il yaşasalar da, fermada xüsusi nəzarət altında 10–12 il yaşaya bilirlər.

Kompleksdə İmadəddin Nəsimiyə və ümumbəşəri dəyərlərə həsr olunmuş dəyərli sənət nümunələri də yer alıb. Görkəmli şairin müasir üslubda hazırlanmış abidəsinin müəllifi Əməkdar rəssam, heykəltaraş Rəşad Ələkbərov instalyasiyanın yaranma tarixçəsi və memarlıq xüsusiyyətləri barədə məlumat verərək deyib: “İdeya təxminən 5 il əvvəl yaranıb. Anar Ələkbərov bu təpənin üstündə böyük şairimiz, filosofumuz Nəsimiyə abidə qoymaq fikrini bildirdi. Təxminən bir il ərzində layihə üzərində müzakirələr getdi. Belə həcmdə təcrübəmiz olmadığı üçün qərara gəldik ki, bu, poliqonal formalardan ibarət müasir üslubda interaktiv instalyasiya olsun. Ailəvi və fərdi ziyarətçilər pilləkənlə qalxıb abidənin daxilindən - ürək zonasından keçərək balkona çıxır və oradan Şamaxı mənzərəsini izləyirlər. Məqsəd Nəsimisevərlərin və hər bir insanın onun ruhunu daha yaxından hiss etməsinə imkan yaratmaq idi. Həmmüəllif Anar Ələkbərovla başladığımız bu ideyanın layihələndirilməsi 1 il, hazırlanması və yerində quraşdırılması isə 4 ildən çox vaxt apardı. Konstruksiyanın daxilində seysmik sütunlar daxil olmaqla bütün təhlükəsizlik normaları nəzərə alınıb və əsasən metaldan istifadə olunub. İş prosesində təcrübəmizi artıraraq ortaya ideal bir nəticə qoymağa çalışdıq və hesab edirəm ki, bu, regionun ən maraqlı instalyasiyalarından biri oldu”.

Heykəltaraş Sabit Zamanov layihədəki əsərləri barədə ətraflı məlumat verərək qeyd edib: “Üç heykəltaraş müəllif olaraq bu layihə üzərində işləmişik. Layihənin adı “Hər şeyə rəğmən sevgi”dir. Buradakı qızılgül sevgini, həyatı və insanın daxili aləmini təcəssüm etdirir. Qızılgüldən ayrılan tumurcuq isə yeni həyatı və gələcəyin başlanğıcını simvolizə edir. Yarpaqların üzərində iki mələk fiquru yer alır. Mələklərdən biri sevgini, məsumluğu, həyatı və gözəlliyi, digəri isə dəcəlliyi, azad ruhu və ziddiyyətləri əks etdirir. Layihənin əsas ideyası ziddiyyətlərə və fərqli fikirlərə rəğmən sevməyə, sevgini hər zaman yaşatmağa söykənir. Hündürlüyü 11 metr olan heykəl üzərində il yarım iş aparılıb. Əsərin materialı imitasiya olunmuş tuncdur”.

Rəssam Aqşin Kazımov Nəsimiyə həsr olunmuş triptix əsəri haqqında bunları bildirib: “Triptix formatında olan əsər İmadəddin Nəsimiyə həsr olunub. Kompozisiyada İmadəddin Nəsimi, onun müəllimi Nəimi və tələbələri təsvir olunub. Məkan olaraq dövrün Şirvanşahlar memarlığına aid arka, eləcə də kitablar və elmə aid detallar yer alıb. İşin ideya müəllifi Anar Ələkbərovdur. İmadəddin Nəsiminin dünyaya gəldiyi məkanda bu əsərin təqdim olunması mənim üçün böyük fəxrdir. Əsərin ərsəyə gəlməsi 3 ay çəkib”.

Operator – Ceyhun Mustafayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2026 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see588

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see426

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see421

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see391

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see374

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see370

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see332

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see267

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see256

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see248

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see234

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see232

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see218

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see216

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see215

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see212

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see211

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see209

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see181

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri