Icma.az
close
up
RU
Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunacaq

Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunacaq

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ilk günündə Hüseyn Cavidin “İblis” əsərinin simfonik orkestr musiqiçilərinin və  Azərbaycan Dövlət Pantomim Teatrının iştirakı ilə yeni təqdimatı olacaq. 

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 23-də Heydər Əliyev Mərkəzində nümayiş olunacaq yeni quruluşun baş rejissoru Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, Azərbaycanın Xalq Artisti Bəxtiyar Xanızadədir.

Əsərin yeni təqdimatının özəlliyi canlı orkestrin müşayiəti və orkestr musiqiçilərinin tamaşa müddətində həm də iştirakçıya çevrilməsidir. Tamaşa boyu musiqiçiləri, Pantomim Teatrının aktyorlarını və hadisələri isə dirijor idarə edəcək. 

Yeni quruluşda baş rolun ifaçısı və dirijor Prezident mükafatçısı, bir sıra beynəlxalq müsabiqələrin laureatı Mustafa Mehmandarovdur. Simfonik orkestrin musiqiçiləri tamaşada dirijorun idarəçiliyi ilə Pantomim Teatrının aktyorlarının arasına qarışaraq plastik düşüncələrin iştirakçısına çevrilirlər. 

Əsərdə həm bəşəri, həm də əbədi problem olan insanlıq və iblis arasında bitməyən mübarizə yer alır. 

“İblis” səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır. Faciə ilk dəfə 1920-ci ildə Sovet Azərbaycanının opera, teatr və səssiz kino aktyoru, kinorejissor Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulub və bu, Azərbaycanın teatr həyatı üçün böyük hadisə idi. Əsər ikinci dəfə 1983-cü ildə Hüseyn Cavidin 100 illik yubileyi münasibətilə SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı Mehdi Məmmədov tərəfindən səhnələşdirilib. 2024-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda “İblis”ə üçüncü dəfə səhnə həyatı verilib. Nəsimi festivalı üçün isə tamaşanın yeni təqdimatı hazırlanıb. 

Sentyabrın 23-dən 25-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı və Şamaxıda keçiriləcək Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı digər özəl təqdimatlarla da yadda qalacaq. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri