Icma.az
close
up
RU
“İblis” yeni təqdimatda... Fotolar

“İblis” yeni təqdimatda... Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının ilk günündə Hüseyn Cavidin “İblis” əsərinin simfonik orkestr musiqiçilərinin və  Azərbaycan Dövlət Pantomim Teatrının iştirakı ilə yeni təqdimatı olub.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzində nümayiş etdirilən yeni quruluşun baş rejissoru Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadədir.

Əsərin yeni təqdimatının özəlliyi canlı orkestrin müşayiəti və orkestr musiqiçilərinin tamaşa müddətində həm də iştirakçıya çevrilməsidir. Tamaşa boyu musiqiçiləri, Pantomim Teatrının aktyorlarını və hadisələri isə dirijor idarə edib.

Yeni quruluşda baş rolun ifaçısı və dirijor Prezident mükafatçısı, bir sıra beynəlxalq müsabiqələrin laureatı Mustafa Mehmandarovdur. Simfonik orkestrin musiqiçiləri tamaşada dirijorun idarəçiliyi ilə Pantomim Teatrının aktyorlarının arasına qarışaraq plastik düşüncələrin iştirakçısına çevrilirlər.

Əsərdə həm bəşəri, həm də əbədi problem olan insanlıq və iblis arasında bitməyən mübarizə yer alır.

“İblis” səhnələşdirilən ilk Azərbaycan poetik dramıdır. Faciə ilk dəfə 1920-ci ildə Sovet Azərbaycanının opera, teatr və səssiz kino aktyoru, kinorejissor Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulub və bu, Azərbaycanın teatr həyatı üçün böyük hadisə idi. Əsər ikinci dəfə 1983-cü ildə Hüseyn Cavidin 100 illik yubileyi münasibətilə SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı Mehdi Məmmədov tərəfindən səhnələşdirilib. 2024-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda “İblis”ə üçüncü dəfə səhnə həyatı verilib. Nəsimi festivalı üçün isə tamaşanın yeni təqdimatı hazırlanıb.

Sentyabrın 23-dən 25-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə Bakı və Şamaxıda keçiriləcək Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı digər özəl təqdimatlarla da yadda qalacaq.

























Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri