Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Nəsimi sakinlərinin NARAZILIĞI: “Vüqar QasımovAslan Quliyev cütlüyü bizə divan tutur” VİDEO

Nəsimi sakinlərinin NARAZILIĞI: “Vüqar QasımovAslan Quliyev cütlüyü bizə divan tutur” VİDEO

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nəsimi rayonu Novruzov qardaşları küçəsinin bir qrup sakini yaşadıqları ərazidə yaranmış dözülməz vəziyyətlə bağlı ölkə rəhbərliyinə və müvafiq qurumlara müraciət edib.
Bizim.Media “editor.az”a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, “Papanin” deyilən ərazidə “Elevan Park” yaşayış kompleksi inşa edən “Pilot-16” şirkəti nə qanunlara, nə dövlət qurumlarının tələblərinə, nə də vətəndaşların şikayətlərinə məhəl qoymur.
Şirkətin qanunsuz əməlləri ilə bağlı bütün dövlət qurumlarına edilən müraciətlərə və onların da müvafiq tələblərinə baxmayaraq, “Pilot-16″ şirkəti ərazidə yaşayan sakinlərə divan tutmağa davam edir:
“Şirkət yaşadığımız ərazini xarabalığa çevirib. Yollar dağıdılıb, keçilməz vəziyyət yaranıb. Sakinlərin maşınları bu vəziyyətdə hər gün sıradan çıxır. Şirkətin insanların yaşadığı evlərə bitişik qazdığı böyük xəndək sakinlər və avtomobillər üçün dəhşətli təhlükə törədir. Hər gün bu ərazidən onlarla insan, uşaq keçir. Hamının həyatı təhlükədədir. Bir neçə dəfə ərazidən keçən maşınlar xəndəyə düşməkdən son anda qurtulublar”.
Sakinlər qeyd edir ki, onların həyatı və əmlakları təhlükədədir:
“Pilot-16” müəyyən evləri sökərək ərazini xarabalığa çevirib. Bu evlərin yerini gecə saatlarında əyyaşlar və digər pis vərdişi olan şəxslər özünə məkan seçib. Övladlarımız, əmlaklarımız təhlükə altındadır. Bir neçə dəfə oğurluq halları baş verib. Evimizin pəncərəsinə bitişik həyətdən hər gün qorxulu səslər gəlir, nə baş verdiyini bilmirik. Şirkət gecənin gec saatlarında, istirahət günlərində səhər çox erkən saatlarda onlarla ailənin yaşadığı ərazidə ağır tikinti-söküntü işlərini davam etdirir. Yaranan dəhşətli və vahiməli səs-küydən bütün ərazi lərzəyə gəlir.
Pilot-16” MMC və onun direktoru Aslan Quliyev yaxın günlərdə evimizə bitişik həyətə ağır texnika yeritməyə və söküntü işləri aparmağa hazırlaşır. Bu baş verərsə, evimizin divarı üstümüzə uçacaq. Ən yaxşı halda isə evimizi çirkli qrunt suları basacaq. Aslan Quliyev bu formada fəaliyyəti dəfələrlə müxtəlif qonşulara qarşı tətbiq edib.
O, ağır texnikanı əraziyə yeritmək və guya təsadüfən toxunmaqla əslində qəsdən evimizi dağıtmağa çalışır. Bu baş verərsə uçan divarın altında qalan ailəmiz fiziki məhv olmaq təhlükəsi ilə üz-üzədir. Məqsəd nə olursa olsun, zorla bizi yeganə ata-baba yurdumuzdan çıxarmaqdır. Özləri hər gün fərqli bahalı maşınlarda əraziyə gəlir, bizə göz dağı verirlər.
Bu qədər vəsaiti hansı yolla, hansı imkanlarla əldə ediblər, bizə bəlli deyil. Biz isə üfunət içində, ölmək təhlükəsi ilə yaşayırıq. Buna baxmayaraq, şirkət bizi ədalətsiz formada şəhərin mərkəzindəki evimizdən didərgin salmaq istəyir”.
Sakinlər qeyd edir ki, vətəndaşları zorla evlərindən çıxarmaq istəyən şirkət bundan əvvəl ərazindən köçürdüyü sakinlərə qarşı tələ qurub:
“Çox sayda sakinin kirayə pulları aylardır verilmir. Bu məqsədli formada edilir. Sakinlər məcbur edilir ki, onlara tikilən binadan vəd edilən evləri ucuz qiymətə şirkətə qaytarsınlar. Onlar isə bunu bahalı qiymətə satsınlar. Belə bir şirkətə necə inanmaq olar?”.
Sakinlər qeyd edir ki, “Pilot-16” şirkətinin qanunsuzluğunun kökündə Nəsimi rayon İcra Hakimiyyətinin vətəndaşlara olan hörmətsiz münasibəti durur:
“Dəfələrlə “Pilot-16” şirkətinin özbaşınalığı ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmişik. Ancaq formal da olsa icra hakimiyyətindən bir nəfər belə bizimlə görüşüb dinləməyib. Əvvəllər köhnə başçı, indiki deputat Asif Əsgərov, indi isə İcra Hakimiyyəti başçısının müavini Ramiz Quliyev şirkətə himayədarlıq edir. Vətəndaşları dinləyən, görüşən yoxdur. Əksinə bizim ölkə rəhbərliyinə etdiyimiz müraciətlərə Asif Əsgərov, Ramiz Quliyev yalan, saxta cavablar verməklə, dövləti aldadır. Ona görə, “Pilot-16”-nın rəsmi direktoru Aslan Quliyev və faktiki sahibi Vüqar Qasımov bizə divan tutur”.
Sakinlər qeyd edir ki, onlar yaranmış vəziyyətlə bağlı ölkə rəhbərliyinə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova rəsmi müraciət ediblər:
“Bizim bütün dünyanın heyran qaldığı İlham Əliyev kimi dahi liderimiz var. Cənab Prezident hər zaman məmurlara, sahibkarlara xalqa xidmət etməyi tapşırıb. Əminik ki, Cənab Prezident “Pilot-16” MMC-nin özbaşınalığına son qoyacaq”.
Qeyd edək ki, şirkətin rəsmi baş direktoru isə Aslan Quliyevdir. Ancaq mediada yayılan və təkzib olunmayan xəbərlərə görə, şirkətin faktiki sahibi keçmiş oliqarx deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımovdur.
Editor.az iddialarla “Pilot 16” MMC-nin faktiki sahibi Vüqar Qasımovla dəfələrlə əlaqə saxlamağa çalışsa da, bu şəxsin telefonu bağlı olub.
Şirkətin də mövqeyini dərc edə bilərik.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see485

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see387

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see342

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see324

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see204

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see159

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see157

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri