Icma.az
close
up
RU
Nəsimidən Babəkə ucalan zirvə: Rasim Balayevin həyat DOSYESİ

Nəsimidən Babəkə ucalan zirvə: Rasim Balayevin həyat DOSYESİ

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.

Moderator.az Rasim Balayevin dosyesini təqdim edir. 

Azərbaycan kinematoqrafiyasının canlı əfsanələrindən, sənətimizin sarsılmaz sütunlarından biri – Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu torpağında dünyaya göz açıb.

Onun sənətə gəlişi sadəcə yeni bir aktyorun meydana çıxması deyildi – bu, Azərbaycan ekran sənətində bütöv bir epoxanın başlanğıcı idi.

1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən gənc Rasim qısa müddətdə qeyri-adi istedadı, daxili enerjisi və cazibədar xarizması ilə rejissorların diqqətini özünə çəkdi. Onun ekran həyatı “Ulduzlar sönmür” filmi ilə başlasa da, əsl şöhrət zirvəsi onu İmadəddin Nəsimi obrazı ilə gözləyirdi. 1973-cü ildə çəkilən “Nəsimi” filmində yaratdığı obraz təkcə bir rol deyildi – bu, fəlsəfənin, ağrının, inancın və üsyanın canlı təcəssümü idi. Bu rol Rasim Balayevi təkcə ölkə daxilində deyil, bütün SSRİ məkanında böyük sənət hadisəsinə çevirdi.

Ardınca gələn “Babək” filmi isə onun sənət qüdrətini daha da möhkəmləndirdi. Balayev artıq yalnız aktyor deyildi – o, milli qəhrəman ruhunun daşıyıcısına çevrilmişdi. Onun yaratdığı obrazlar ekran çərçivəsini aşaraq xalqın yaddaşına həkk olundu.

Sənətkarın yaradıcılığı yalnız tarixi qəhrəmanlarla məhdudlaşmadı. “Dədə Qorqud”da Beyrək, “İstintaq”da Murad, “Bəyin oğurlanması”nda Elxan kimi bir-birindən tam fərqli, mürəkkəb və psixoloji dərinliyə malik obrazları eyni ustalıqla canlandıraraq aktyorluq diapazonunun sərhədsizliyini sübut etdi. 70-dən çox bədii filmdə yaratdığı rollar, dublyaj sahəsində verdiyi səs və ruh – bütün bunlar onu sadəcə aktyor yox, bütöv bir sənət məktəbinə çevirdi.

Uzun illər “Azərbaycanfilm” kinostudiyasında çalışan, Kinematoqrafçılar İttifaqının sədri kimi məsuliyyətli missiyanı daşıyan Rasim Balayev hər zaman prinsipial mövqeyi, milli ruhu və vətənə bağlılığı ilə seçilib. Dövlət tərəfindən “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilən ustad sənətkar bu gün də Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri olaraq yaşayır və yaradır.

Onun sənəti – sadəcə rollar toplusu deyil. Bu sənət bir xalqın yaddaşı, ruhu və tarixidir. Rasim Balayev isə o yaddaşın ən parlaq daşıyıcılarından biridir. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Mart 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri