Icma.az
close
up
RU
Nəsiminin məzarı Azərbaycana gətirilir? KONKRET

Nəsiminin məzarı Azərbaycana gətirilir? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriyada vətəndaş müharibəsinin son vaxtlar yenidən alovlanması və bu ölkənin Hələb şəhərinin əldən-ələ keçməsi Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin məzarını da gündəmə gətirib. 

Məlum olduğu kimi, İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir.

Noyabrın 30-da Suriyadakı “Heyət Təhrir əl-Şam” müxalif silahlı qruplaşması Hələbə nəzarəti ələ keçirərkən Bəşər Əsəd rejimininin şəhərdəki hərbi qüvvələri ilə döyüşlər gedib. Suriya mənbələrindəki məlumatlara görə, döyüşlər zamanı Hələbdəki tikililərə də ciddi ziyan dəyib, dağıntılar olub.

Suriyadakı hərbi münaqişələr fonunda Nəsiminin məqbərəsinin taleyi Azərbaycan cəmiyyətində narahatlıq doğurur.

Maraqlıdır, Azərbaycan şairi İmadəddin Nəsiminin böyük dağıntılara məruz qalmış Hələb şəhərindəki məqbərəsi də ziyan çəkibmi? Ümumiyyətlə, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındanın məzarı ökəmizə gətirilə bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, institutun “Nəsimi qrupu”nun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva bildirib ki, İmadəddin Nəsiminin məzarının köçürülməsi ilə bağlı fikirlər cəfəngiyyatdır.

Onun sözlərinə görə, hazırda İmadəddin Nəsiminin məzarı məscidin həyətində yerləşir:

“Suriyada illərdir vətəndaş müharibəsi gedir. Bu məsələ dəfələrlə gündəmə gəlib, mən də bunun əleyhinə çıxışam. Müharibə olacaq və bitəcək. İmadəddin Nəsiminin türbəsinin dağıdılması ilə bağlı narahatlıq əvvəllər də yaranmışdı.

Bildirim ki, 2019-cu ildə Bakıda “Nəsimi ili” çərçivəsində keçirilən tədbirə onun nəslindən olan, Nəsimi soyadını daşıyan şəxslər konfransa dəvət olunmuşdular. O zaman mən tərcüməçi vasitəsiylə Hələb şəhərində yerləşir İmadəddin Nəsiminin məzarının nə vəziyyətdə olduğunu onlardan soruşdum. Dedilər ki, məzarın bir neçə yerinə güllə dəyib, ciddi dağıntı yoxdu, türbə tamamilə dağıdılmayıb”.

Səadət Şıxıyeva qeyd edib ki, Nəsiminin məzarının Azərbaycana gətirilməsi absurd bir fikirdir:

“İndi bəzi məlumatları vermişəm, araşdırırlar. Hazırda Azərbaycanın Suriyada səfirliyi yoxdur. Amma zamanında Azərbaycanın Suriyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmış Mahir Əliyevdə Nəsiminin qohumlarının koordinatları var. O, Suriyada səfir olanda onlarla əlaqə saxlamışdı. Mən özüm də orada səfərdə olmuşdum.

Bu gün Nəsiminin məzarının Azərbaycana gətirilməsinə nə ehtiyac var? Onun oğlunun və qohumlarının məzarı oradadır. Nəsiminin həyatı Hələbdə keçib. Nə İslam əxlaqı baxımından, nə də tarix baxımından bu, doğru deyil. Zamanla Azərbaycan şairi Məhəmməd Füzuli ilə də bağlı bu baş verdi. Hazırda Füzulinin məzarı ziyarətgaha çevrilib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:280
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Dekabr 2024 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri