Icma.az
close
up
RU
Nəsir Əhmədli: milli mətbuatımızın simvollarından biri

Nəsir Əhmədli: milli mətbuatımızın simvollarından biri

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Milli Mətbuatımızın 150 illik yübileyi ərəfəsində xatirəsini hörmətlə yad etdiyimiz ustad həmkarlarımızdan biri də Nəsir Əhmədli olub. Yaşasaydı bu gün mətbuat camesi yuvarlaq olmayan 83 yaşını da qeyd edərdi... 

Professor, filologiya elmləri doktoru, əməkdar jurnalist kimi fəxri adlara sahib olan Nəsir müəllim müasir Azərbaycan jurnalistikasının elmi-nəzəri bazasının formalaşdırılmasında və gənc kadrların hazırlanmasında müstəsna xidmətləri olan görkəmli alim və pedaqoqlardan olub. Onun çoxşaxəli fəaliyyəti həm praktik jurnalistika, həm də jurnalistika elminin nəzəri-metodoloji əsaslarının formalaşması baxımından əhəmiyyətlidir.

Nəsir Əhmədlinin  fəaliyyəti təkcə elm və tədris sahələri ilə məhdudlaşmır, həm də praktik jurnalistika və ictimai fəaliyyət istiqamətlərində mühüm əhəmiyyət kəsb edir. Yaradıcılığı ilə jurnalist mədəniyyətinin, xüsusən də nitq mədəniyyətinin formalaşmasına və peşəkar medianın təşəkkülünə əhəmiyyətli töhfələr vermiş Nəsir Əhmədli, həm də cəmiyyətin düşüncə tərzinə təsir göstərən, ictimai rəy formalaşdıran söz adamı kimi tanınmışdır.

Azərbaycan jurnalistikasının inkişafında və media təhsilinin elmi əsaslarla formalaşmasında əhəmiyyətli rolu olan Nəsir Əhmədli 1942-ci ilin 1 iyulunda Tovuz rayonunun Alakol kəndində dünyaya gəlib. Əmək fəaliyyətinə gənc yaşlarında başlamış, ilk əmək təcrübəsini V. Sturua adına Bakı Gəmi Təmiri Zavodunda keçmişdir. Amma elmi və yaradıcı axtarışlara meyli onu təhsil yoluna yönəltmiş və Azərbaycan Dövlət Universitetinə (indi BDU) daxil olaraq jurnalistika ixtisası üzrə təhsil almışdır. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Televiziyasında jurnalist kimi fəaliyyət göstərmişdir. 

Nəsir müəllimin elmi-pedaqoji fəaliyyəti Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, məşhur media tarixçisi Şirməmməd Hüseynovun dəvəti ilə reallaşmışdır. Onun təşəbbüsü ilə Nəsir Əhmədli Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində çalışmağa başlamış və bu ali məktəbdə ömrünün sonuna qədər elmi-pedaqoji fəaliyyətini davam etdirmiş, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında beynəlxalq informasiya sistemləri, media siyasəti, qlobal kommunikasiya prosesləri kimi sahələrdən dərs demişdir. Bu dövrdə o, həm də elmi yaradıcılığını davam etdirərək, jurnalistika nəzəriyyəsi və media təhlili sahəsində mühüm tədqiqatlara imza atmışdır. 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Professor Nəsir Əhmədli zəngin elmi irsi ilə seçilən ziyalı idi. Onun müəllifi olduğu 100-dən artıq elmi məqalə, 3 monoqrafiya, 1 dərslik, 5 dərs vəsaiti və ümumilikdə 15 kitab Azərbaycan jurnalistika elminin əsas mənbələrindən biri hesab olunur. Beynəlxalq radio yayımı sahəsində hazırladığı model-sxem isə jurnalistikanın müxtəlif sahələrində tətbiq edilə bilən mühüm nəzəri-praktik yeniliklərdən biri kimi qiymətləndirilmişdir.

Nəsir Əhmədli filologiya elmləri doktoru kimi Azərbaycan jurnalistikasının tarixini, nəzəri əsaslarını, mətbuat dilinin xüsusiyyətlərini və beynəlxalq informasiya sistemlərini dərindən tədqiq etmişdir. Onun elmi araşdırmaları jurnalistikanın yalnız bir peşə deyil, həm də cəmiyyətin informasiya sistemində strateji əhəmiyyət daşıyan bir sahə olduğunu sübut edir. Əsas tədqiqat istiqamətləri sırasında milli mətbuat tarixinin mərhələləri, informasiya texnologiyalarının jurnalistikaya təsiri, beynəlxalq media müstəvisində Azərbaycan həqiqətlərinin təbliği və media etikası xüsusi yer tutur.

Azərbaycanın ictimai həyatında da fəal iştirak edən Nəsir Əhmədli Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuş, uzun illər Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin tərkibində təmsil olunmuşdur. Peşəkar fəaliyyətə görə 2010-cu ildə Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülmüş, müxtəlif illərdə III dərəcəli “Əmək” ordeni, Ali Media Mükafatının I dərəcəsi, jurnalistika sahəsində digər bir çox populyar mükafatlarla təltif edilmişdir.

Professor Nəsir Əhmədli Azərbaycan jurnalistika elminin inkişafında, eləcə də beynəlxalq media sahəsindəki nəzəri axtarışlarda və praktiki tədris prosesində önəmli yerə malik olan alimlərdən olub. Onun elmi və pedaqoji irsi ali təhsil müəssisələrində tədris olunur və gələcək nəsil tədqiqatçılar üçün dəyərli qaynaq funksiyası daşıyır. 

Akademik fəaliyyətini pedaqoji məsuliyyətlə birləşdirən Nəsir müəllim çağdaş Azərbaycan mətbuatının formalaşmasında əməyi olan görkəmli ziyalı kimi xatırlanır. 2022-ci il iyunun 7-də 80 yaşında vəfat edib və özünün vəsiyyətinə əsasən doğulduğu Tovuzun Alakol kəndində torpağa tapşırılıb. Ruhu şad olsun... 

Yüzlərlə tələbəsi adından:

Namiq Qədimoğlu

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri