Icma.az
close
up
RU
Nəsir İmanquliyevin yetirməsi bizim Mülatif müəllim

Nəsir İmanquliyevin yetirməsi bizim Mülatif müəllim

Icma.az, Modern.az saytına istinadən bildirir.

1 sentyabr tarixi Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsü, Qarabağ müharibəsi veteranı, jurnalist Mülatif Adurov doğum günüdür. Yaşasaydı, 85 yaşı tamam olacaqdı. Mülatif Adurov 20 fevral 2020-ci ildə 80 yaşında vəfat edib. Modern.az saytı mərhumun dostu Mahir Qabiloğlunun onunla bağlı qələmə aldığı yazını təqdim edir

***
Yaradıcı aləmdə, jurnalistikada imza əsas sayılır. Əlbəttə ki, burada söhbət hər hansı bir ərizəyə, sənədə atılan imzadan getmir. Öz imzasını təsdiq elətdirmək isə hər yaradıcı adama qismət olmur. “Adurov” imzasını mən Sovet dövrünün ən nüfuzlu qəzetlərindən sayılan “Bakı” qəzetindən tanımışam. Jurnalistikamızın nüfuzlu simalarından sayılan Nəsir İmanquliyevin rəhbərlik etdiyi bu qəzetdə ara-sıra atamın da yazıları çıxırdı. Felyetonlar, hüquq-mühafizə orqanlarının açdığı cinayətlərdən yazılan məqalələr, futbol icmalları və televiziya proqramı məni bu qəzetə çox bağlamışdı. Lakin bu insanların yazdıqlarını oxusam da, gələcəkdə onların bir çoxu ilə iş yoldaşı olacağımı, ümumiyyətlə, jurnalist olacağımı ağlıma belə, gətirmirdim. Elm yolu ilə getmək istəyirdim.
 

Lenin babamızın bir sözünü hər addımbaşı bizə xatırladırdılar: “Oxumaq, oxumaq, yenə də oxumaq”. Bu kəlamı rus dilindən hansı savadsız tərcümə etmişdi, bilmirəm. Lakin televiziyaya, sonra isə “Xalq qəzeti”nə gəldikdən sonra başa düşdüm ki, Lenin “öyrənmək, öyrənmək, yenə də öyrənmək” deyibmiş.
Televiziyada da öyrənmək üçün bu baza var idi. Sədr Nizami Xudiyev, baş redaktor Həsən Həsənov, müavin Mülatif Adurov, İsmayıl Ömərov, Nahid Hacızadə, Mailə Muradxanlı, Qulu Məhərrəmli, Məmmədəli Zülfüqarov, Yusif Məmmədov, Sakit Ocaqlı, Akif Məcidoğlu, Telli Pənahqızı, Firuzə Nadir, Roza Tağıyeva, Sabir Ələsgərov, diktor, rejissor, operator və texniki heyət... Lap sonrakı sədr Arif Alışanov da, rəhmətlik Vaqif Ağayev də insani keyfiyyətləri daha dərindən anlamaq üçün böyük məktəb sayılırdı. Əsas isə o idi ki, bu və adını çəkmədiyim yüzlərlə sənət fədaisi öyrətməyə hazır idilər. Hərəsinin isə öz üslubu, öz xasiyyəti, öz ziddiyyəti. Sadəcə olaraq hərəsindən bir xüsusiyyət götürsəydin, bəs idi. İstər müsbət, istər mənfi. (Götürdüm də...). Çünki onlar da məşhur şəxsiyyətlərlə bir yerdə çox olmuşdular. Yüksək cəmiyyətdə bişmişdilər. Üstəlik öyrənənin qabında da bir şey olsaydı dərhal onların sevimlisinə çevrilirdin.

Jurnalist kimi yetişməyimdə Mülatif müəllimin də zəhməti az deyil.  Mülatif Adurov 59 il ki, jurnalistika aləmində oldu. 1966-cı ildən “Bakı” qəzetinə rəsmi olaraq müxbir vəzifəsinə işə götürüləndən sonra həyatının 13 ilini bu qəzetə, sonra isə əbədi olaraq Azərbaycan Televiziyası və Radiosuna bağladı. “Qızıl qələm” mükafatına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görüldü. Bu onun əməyinə verilən qiymətdir.
“Səhər görüşləri”, “Dalğa” verilişləri, xarici dildə verilişlər, İctimai-siyasi proqramlar və nəhayət “Xəbərlər” proqramı - əvvəl baş redaktorun müavini, sonra isə “Xəbərlər” departamentinin sədri. Özü də ki, Azərbaycan dövlətçiliyinin təşəkkül tapdığı, ictimai-siyasi roseslərin qaynar bir vaxtında. 1996-2007-ci illərdə. Jurnalistlərin böyük dostu və himayəçisi olan, adi bir sözə belə həssaslıqla yanaşan Heydər Əliyevin hakimiyyəti, sonralar isə Prezident İlham Əliyevin inkişaf strategiyasının təşəkkülü  dövründə...  Seçkilər, mitinqlər, xarici görüşlər, Dövlət  proqramları, fərman və sərəncamlar...
“Xəbərlər” proqramı demək olar ki, efiri yaxşı mənada zəbt etmişdi. Bir saat gündəlik efir vaxtının əvəzinə hər gün 8-9 saat “Xəbərlər” və “Xüsusi buraxılış”lar yayımlanırdı. Müxbirlərin çəkilişlərə görə seçilməsi (hərənin öz sahəsi vardı), vaxtında yerlərə çatdırılması, tapşırıqların vaxtında yerinə yetirilməsi və digər işlərin görülməsi. Bu işdə təkcə jurnalistlik, yazı-pozu əsas rol oynamırdı. Baş redaktorumuz Həsən müəllim və Mülatif Adurov bir harmoniyada bu işlərin öhdəsində layiqincə gəlirdilər. Qiymətimiz isə rəhbərliyin işimizdə heç bir səhv tutmaması idi. Təsadüfi deyildi ki, “Xəbərlər”i o dövrdə Prezidentin proqramı adlandırırdılar. Reytinqinə görə də bütün televiziya və proqramları üstələyirdi.  

Mülatif müəllim işçiləri qiymətləndirirdi, özünəməxsus şəkildə yoxlayırdı, dəyərləndirirdi. Baməzə zarafatları da var idi.
Günlərin bir günü gəldim ki, bəs icazə ver qurban kəsməliyik, mən gedim. Nə “hə” dedi, nə də “yox”. Stolun üstündən bir balaca kağız parçası götürdü. Nəsə yazdı, bükdü, verdi mənə. Dedi ki, get. Dedim bəs bu nədir? Dedi ki, “ev ünvanımdır. Qurban kəsəndən sonra qapı-qapı gəzib yetim-yesir axtaracaqsan e... pay verəsən? Yetim elə mən. Nə atam var, nə anam”.

Bir oğlu, bir qızı var. Oğlunun adı Zaurdur. Subay idi. Soruşanda ki, “Mülatif müəllim, Zauru nə vaxt evləndirirsən?” O saat cavab verir ki, “ayın 4-də”. Onda başlayırdıq ki, “ay Allah xeyir versin. Xoşbəxt olsun. Oğullu-uşaqlı olsun. Dəvət eləsən məmnuniyyətlə iştirak edərik. Hansı şadlıq evindədir toy?” Amma bu isti sözlərdən sonra sanki bir vedrə soyuq suyu tökürdü başımızdan. “Mən dedim ki, ayın 4-ü. Demədim ki, hansı ayın 4-ü”.  

Özünəməxsus redaktələri də var idi. Elə edirdi ki, yaddaşına birdəfəlik həkk olunurdu. Bir iş yoldaşımız vardı - Azad Müzəffərli. Mülatif müəllimə çox da simpatiyası yox idi. Amma həmişə çalışırdı ki, yazısı efirə getməzdən qabaq Mülatif müəllim oxusun. Soruşanda ki, “Azad, bəs nə əcəb yazını Mülatif müəllimə oxutdurursan. Səndən çıxmayan iş?” Deyirdi ki, “Mahir, sən bunu bilməzsən. Əgər yazıda xırda bir səhv olsa belə, Mulyanın (Mülatif müəllimi çox istədiyimizdən belə əzizləyirdik) nəzərindən qaçmayacaq. Nəsə olsa, tapıb çıxaracaq. Yaxşı olsa, bir kəlməsinə də əl dəyməyəcək”

Günortalar evə - nahara gedəndə deyirdim ki, “yemək yeməyə gedirsən?” Od götürürdü də onu. “Denən ki, yeməyə gedirsən? “Yemək yeməyə” nə deməkdir axı? İnsan yemək yeyər də, “p..” yeməz ki?!”. Bunun özü də bir redaktə dərsiydi.

Bir də görürdün əsəbiləşirdi. Qışqırırdı üstümüzə. Şəkəri qalxırdı. Lakin kin saxlamırdı.  Yarım saatdan sonra həmin adamın könlünü alırdı.
- Bayaq xətrinə dəydim deyəsən.
Bu sözdən sonra adamın qırışığı açılırdı. Elə bilirdin ki, nəsə bir xoş söz deyəcək. Deyirdin:
- Hə.
Gülümsəyərək:
- Əcəb elədim.
Özünəməxsus könül almaq qabiliyyəti idi. İncə yumor. Bundan sonra Mülatif müəllimdən necə küsmək olardı?

Yalan danışan gözünün düşməni idi. Bir-iki dəfə məni də yoxlamadan keçirmişdi. Özüm də bilmədən üzüağ çıxmışdım. Heyf ki, “Xəbərlər”in daxili mətbəxinə aiddir. Sağlıq olsun, bir gün açıqlayaram.

Ailəsini çox sevirdi. Dostlarını yaddan çıxartmırdı. Hər ay 3-4 dəfə zəng çalır, hal-əhval tuturdu. Lap xəcalət verirdi. Axı 26 yaş ondan kiçik idim. Özüm “cavanam” yazmadım. Çünki insanın ruhu cavan olanda, yaş elə də böyük rol oynamır. Özü də ki, yeyib-içən, sözü üzə deyən, mənim kimi cavanlarla ünsiyyət quran, balaca nəvələriylə nəfəs alan -  bir insan üçün.
İki il Mülatif müəllimdən incik gəzdim. Bilmirəm sezmişdi, ya yox!

“Prezident təqaüdü”nə layiq görüləndə hamımızı başına yığıb restoranda qonaqlıq vermişdi. 70 yaşını haqlayanda isə biz köhnə “Xəbərlər”çiləri yaddan çıxardı. Ona görə də sağlığında Mülatif müəllimə şair Fikrət Sadığın bir kəlamını xatırlatdım. Dedim ki, yəqin ki, “yubiley” sözünün mənasını yaddan çıxarmısan. Arif  adamsan, o saat başa düşməlisən: Mülatif müəllim, “Yubiley, yəni ki, yu biley”.

P.S. Allah rəhmət eləsin!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Sentyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri