Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“Həkim məsləhəti” rubrikamızda

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

60 yaşdan sonra bu qidaları yeməyin MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Quba rayonunda kənd təsərrüfatı subyektlərinə baxış keçirildi FOTO

VƏTƏN SEVDALISI NƏSİR BƏY

VƏTƏN SEVDALISI NƏSİR BƏY

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Nurəddin İSMAYIL

Buzovna qəsəbəsi C.Məmmədquluzadə 42-də Zərbəli kişinin ocağında, sonralar Azərbaycan ictimai-siyasi mühitində hər kəsin yaxından tanıdığı, Milli Azadlıq Hərəkatının önəmli simalarından biri Nəsir bəy adlı vətən sevdalısı bir insan yaşayardı. O ev, o ocaq 70-ci illərdən başlayaraq, Nəsir bəyin simasında Azərbaycan bütövlüyünün, türk milli kimliyinin, elmin, mədəniyyətin, ədəbi müzakirələrin, tarixi araşdırmaların, milli mücadilənin masaya yatırıldığı qaynar bir məbəd idi.

Evin yuxarı hissəsi onun və kasıb dolanışıq içində həyat sürən digər ailə üzvlərinin məskunlaşdığı yer, zirzəmisi isə Nəsir bəyin illərlə topladığı, oxuduğu və oxutduğu kitabxana idi. Hər bir kitabı əl-əl qoymuş, sıralamışdı. Fiziki məhdudluğu ona tez-tez aşağı düşmək imkanı vermədiyindən rəflərə düzdüyü kitabları necə tapmağın yolunu özü hamıdan yaxşı bilirdi. Bizə lazım olan kitabı istəyəndə, filan rəfdə, filan sırada, filan rəngdə olan kitabın yanındadır, deyərdi.

Bu kitabxana mənim universitet illərində yararlandığım kitabxana idi. Həm də tək mənim yox, çətinliklə tapılan kitabları əldə etmək istəyən bir çoxlarının karına gələn kitabxana. Bura, bu qaynar ocaq vaxtı ilə böyük yunan filosofları Sokratın, Platonun öz şagirdləri ilə qızğın fəlsəfi polemikaların, irfani söhbətlərin aparıldığı məbədi xatırladırdı. Nəsir bəy bəlağətli nitqi, iti zəkası, dərin təfəkkürü, şeiriyyət ustalığı ilə hər kəsi ovsunlayır, lakin ayıldıcı suallarından da geri qalmırdı. Mən bu qaynar ocağa 1982-ci ildə, Nəsir bəyin yanına tarixdən hazırlıq üçün getdiyim vaxtdan daxil oldum. O zaman Nəsir bəy 55 saylı texniki peşə məktəbində tarix müəllimi kimi fəaliyyət göstərirdi. Elə həmin ildən bu peşə məktəbində Şəhriyar gecələri (sonralar Şəhriyar gündüzləri) keçirilməyə başladı. Bu gün həyatda olan və olmayan bir çox tanınmış ədiblər, filosoflar, ictimai xadimlər, o tay Azərbaycanın burdakı simaları Şəhriyar tədbirlərinin əsas iştirakçıları idi və oyanış günü olan bu tədbirlərin baş qəhrəmanı Nəsir bəy idi.

Xəlil Rza Ulutürkün alovlu çıxışları, Söhrab əminin vətən həsrətli şeirləri, Qulamrza Cəmşidinin, professor Həmid Məmmədzadənin Təbriz xatirələri, S.Rüstəmxanlının, Mədinə Gülgünün, Ramiz Duyğunun poetik düşüncələrini əks etdirən misraları, tarixçi Mahmud İsmayılovun, Əzizə Cəfərzadənin, Zəlimxan Yaqubun çıxışları bu gün də qulağımda səslənir. Şəhriyarın öz səsi ilə səsləndirdiyi “Heydərbabaya salam” poemasından parçalar, Aslan Meyramlının onun “Azərbaycan” şeirini ruhumuzun dərin qatlarına işləyən qaydada səsləndirməsi, Nəsir bəyin o taylı-bu taylı Azərbaycana xitabən can yanğısı ilə söylədiyi nitqlər Milli Azadlıq Hərəkatının ilk müjdəsindən xəbər verirdi desəm, yanılmaram.

Bu hadisələr hələ sovetin qana susadığı, milli ruhun oyanışına hər cür qadağalar qoyduğu, bu cür tədbirləri özünün xəfiyyəsi vasitəsi ilə nəzarət altına götürdüyü, tədbirin də, burada çıxış edənlərin də addım-addım izləndiyi 1982-ci ildə baş verirdi. Lakin nə təhdidlər, nə bu gizlin izləmələr Nəsir bəyi tutduğu yoldan döndərmək gücündə deyildi. Nəsir bəy özünü və ətrafına topladığı gəncləri uzaqgörənliklə Milli Azadlıq Hərakatının alovlandığı meydanlara hazırlayırdı. Və bu baş verdi. Dünənə qədər zirzəmilərdə, kiçik salonlarda, qəsəbənin mədəniyyət saraylarında nəşvi nüma tapan inqilabi ideyalar sonradan Milli Azadlıq Hərəkatının qaynadığı “Azadlıq” meydanına daşındı. Hər kəs fiziki cəhətdən qüsurlu olan Nəsir bəyin qucaqlarda gətirildiyi kürsülərdən Azərbaycanın bütövlüyünə səsləyən nitqlərini dinləməyə başladı. Uzun illərin ağrı-acısından keçən, özü, ailəsi təqiblərə məruz qalan, lakin zəngin təcrübəyə yiyələnən, Füzuli məktəbindən, Cavid ruhundan, Nəsimi dönməzliyindən payını alan, Cəlil, Sabir bulağından su içən, Şəhriyar, Səhənd harayını içində yaşadan bir insan çıxmışdı kükrəyən kütlə qarşısına.

Xalq hərəkatını içdən zəiflətmək, parçalmaq üçün cəhdlər edildiyi və bunun üçün bəlkə də qaytardılar sevdası ilə yaşayan A.Mütəllibovun qoçu dəstlərinin işə salındığı, anti-milli qüvvələr tərəfindən bakılı, rayonlu söhbətlərinə rəvac verildiyi bir vaxtda sözü bütöv, özü bütöv bir insana ehtiyac duyulan vaxtlar idi. Bu zaman Bakı kəndlərini yerliçilik zəminində xalq hərəkatından ayırmaq istəyən nadürüstlər öz qarşısında Bakı kəndlərini bu hərəkatın ön sıralarına çəkən, hərəkatın əsas dayaqlarından birinə çevirən Nəsir bəyi gördülər.

Nəsir bəy birləşdirici gücə malik bir insan idi. Onun üçün partiya, firqə söhbətləri, uğrunda can qoyduğu milli birlikdən aşağıda duran məsələ idi. Ona görə də hər təbəqədə hörmətlə qəbul edilən sima idi. O, millətin gücünün birlikdə, vəhdətdə olduğuna inandığına görə bütün mübarizəsini, milli mücadiləsini o taylı-bu taylı Azərbaycanın bütövlüyünə həsr etmişdi.

Bu gün ustadın, bütün varlığı ilə vətəninə, elinə bağlı, həyat amalı Azərbaycanın bütövlüyünə xidmət olan Nəsir bəyin həyata göz açdığı gündür. 

Rahatlıqla uyu, əziz Nəsir bəy. Sən bir insanın öz milləti üçün, insanlıq üçün etməli olduğunu təmənnasız olaraq etdin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 İyun 2026 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see322

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see272

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see266

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see245

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see242

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see242

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see229

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see199

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see189

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see188

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see187

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see186

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see185

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see176

60 yaşdan sonra bu qidaları yeməyin MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR

14 Sentyabr 2026 17:33see175

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see172

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see170

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see169

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see167

Quba rayonunda kənd təsərrüfatı subyektlərinə baxış keçirildi FOTO

14 Sentyabr 2026 18:44see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri