Icma.az
close
up
RU
Nəsrin... mərtəbəsi Qulu Ağsəs yazır

Nəsrin... mərtəbəsi Qulu Ağsəs yazır

525.az saytına istinadən Icma.az xəbər verir.

Qulu AĞSƏS

Yazıçı-tərcüməçi Məmməd Məmmədlinin "Yerdələnin birinci mərtəbəsi" kitabı nəşr olunub. Fantastik janrda yazılmış "Yerdələnin birinci mərtəbəsi" müəyyən məqamlarda gerçək həyatla səsləşir. Burada hadisələr yerin altında tikilmiş 100 mərtəbəli binada cərəyan edir. Əsərin qəhrəmanı azadlığa can atır, Yerdələndə dolaşan söz-söhbətə inanmır və ən əsası bədənindən sovrulub çıxarılan müəmmanı geri qaytarmağa çalışır.

Kitaba müəllifin retrospektiv tərzdə yazdığı daha bir povesti - "Axırıncı yol qəhvəxanası", həmçinin üç hekayəsi daxil edilib. "Zərdabi" nəşriyyatında çap olunan povest və hekayələr toplusuna yazılmış ön sözü təqdim edirik.

"Diqqət, diqqət! Yupiterin atmosferinə daxil oluruq. Toqquşmaya hazır olun..." - Məmməd Məmmədli povestinin (qabaq uzun hekayəyə elə deyirdilər) əlyazmasını mənə çatdıranda gözüm ilk bu cümlələri aldı, ardınca müəllif bərk-bərk tapşırdı ki, əsəri başdan ayağa deyil, ayaqdan başa (!) nəzərdən keçirim. "Qarabasma" janrında qələmə alınmış "Yerdələnin birinci mərtəbəsi" mənə elmi-fantastik-bədii nümunədən daha çox pandemiya günlərini xatırlatdı və özümü yenidən dörd divar arasına məhkum elədim:

"Bu dəmdə,

Quşlar səkidə gəzir,

Adamlar damda..."

Məmmədin yaratdığı əsas obraz torpağın altından üstünə can atır, Günəşi, səmanı, yeri görmək istəyir.

Eynilə karantində:

doğmalarını, həyət-bacanı, çayxananı, hətta sevmədiklərini belə, bağrına basmağa təşnə olan COVID-19 məhbusları kimi!

Təsadüfdü, ya nəydisə, mərhum alimimiz Arif Əmrahoğlunu xatırladım. Daha doğrusu, onun dilimizdə "hördüyü" "Yeddinci mərtəbə"ni:

adi bir mərəzdən ötrü (yaxşı tanımadığı) şəhər xəstəxanasının yeddinci mərtəbəsində yüngülcə müalicə alan, hər dəfə bir bəhanəylə aşağı endirilən, hər qatda sağlıq durumu daha da pisləşən,

birinci mərtəbədə həyatla vidalaşan qəhrəmanın (bəlkə qorxağın?!) hekayəti başdan-ayağa

(bu dəfə ayaqdan başa yox!) rəmzlərlə nağıl olunduğundan uzun müddət onun təsirindən çıxa bilməmişdim.

Söhbət Dino Butsatidən gedir. İtalyan yazıçısından.

Məmməd Məmmədli bu hekayənin astarını yazıb.

Amma Məmməd italyan deyil. İspandı.

Ciddi deyirəm.

Onun gözəl tərcümələri var. "Ulduz" jurnalında da dərc eləmişik, ayrıca kitab kimi də! "Ulduzlu nəşrlər" seriyasında gənc tərcüməçi-yazıçı Məmməd Məmmədlinin ispandilli ədiblərin yaradıcılığından çevirdiyi əsərləri "Ay işığı" adı altında çapa vermişdik. 2019-cu ildə "Ay işığı" kimlərin üzünə düşməmişdi:

X.Serkas, Q.Bekker, V.İbanyes, X.Rulfo...

Gördünüzmü, Məmməd həqiqətən ispandı.

Tərcüməçi-yazıçı indi defisin yerini dəyişib: yazıçı-tərcüməçi olur.

Olsun.

Yeni kitabını oxumağa dəyər.

Mən bir əsərindən danışdım, siz hamısına baxarsınız.

Kitaba dikiləndə nəzər nöqtəsi dəyişir.

Məmmədə bircə iradım var. Adı soyadındandı. Növbəti kitabda, nəhayət ki, özünə təxəllüs götürsün.

Vəssalam.

Nəsrin... mərtəbəsinə xoş gəldin!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Mart 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri