Icma.az
close
up
RU
Ədəbiyyatımızda Qulu Ağsəs dəst xətti

Ədəbiyyatımızda Qulu Ağsəs dəst xətti

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Miri Rəsulzadə

***

Həmişə o şeylərdən və o kəslərdən danışıram ki, onlara ürəklə inanıram.

Qədim tarixi, ədəbiyyatı vərəqlədikcə, çox zəngin fikir xəzinəsini göz önünə gətirdikcə, Misirin əzəmətli piramidalarını, Qobustanın qayaüstü rəsmlərini təhlildən keçirdikcə düşünürsən: görəsən, ev tikən, qala quran, daşa, divara şəkil çəkən insan nə vaxtdan musiqi bəstələməyə, şeir yazmağa başlayıb? 

Bəlkə də bu keyfiyyətlər  insanda paralel olaraq yaranıb. İnsanın təbiətə, əməyə, ətrafdakı canlılara, özünə münasibəti, dərdi, həyatı və ölümü onda dəyişik duyğular əmələ gətirdikcə onun zövqü formalaşıb. Bu isə müəyyən estetik biçimlərin meydana gəlməsinə səbəb olur. 

Səsin ritmi sözün, sözün ritmi şeirin, şeirin inkişafı isə musiqinin yaranışını şərtləndirib. Beləliklə, insanda nizam-intizama çağırış, şeirlə, ədəbiyyatla duyğulanmaq sadəliyi, musiqiyə dalmaq zərifliyi yaranıb. İnsanın quş kimi uçmaq, şir kimi güclü olmaq arzusu onu sənətkara, memara, şairə, rəssama çevirib.

İnsan öz taleyini daşa, divara, dəriyə yazıb. Böyük ədəbiyyatın bünövrəsi bəlkə də belə qoyulub. 

Bu dəfə sizə ədəbiyyatda mənim üçün xüsusi yeri olan əziz bir insandan - Qulu Ağsəsdən danışmaq istəyirəm. Onun yaradıcılığı insan kimi, bitki kimi canlıdır. Bir az da kövrəkdi, həssasdı, ərköyündü, küsəyəndi. Hərdən də davakardı. Qulu Ağsəs poeziyasının həm də mənəvi çəkisi, ruhu, qəlbi var. 

Mən onun yaradıcılığına həyatın şeirlə təfsiri deyirəm. 

Şeirlərinin xüsusi aurası var. Oxuyanda başının üstündə indinin adamlarına bənzəməyən dərin və tələbkar bir müəllimin zəhmini hiss edirsən. Onun yaradıcılığı hatiful-qeybdi (qeybdən gələn səsdir). Daxilində müqəddəs yanğı var.

Qulu Ağsəs ömrün Seyid Əzim yaşını tamamlayıb. Bunu deməmək də olardı. Ancaq, məsələ burasındadır ki, Qulu müəllimin şeirləri ilə onun yaşı arasında qəribə bir uyğunluq var. İlk yazdığı şeir Zəfər yaşını keçib. O, öz şeirlərinə çox oxşayır. Şeirləri də ona bənzəyir: hamısı gənc, hərarətli; hamısında nəsə bir narahatlıq var, həyəcan var. 

O “mən”ini “biz”in içində əritməyi bacaran adamdır. 

Bu illər ərzində onun həyat və yaradıcılığında bir-birindən maraqlı, təsirli şeirlər yaranıb. Demək bu şeirlərin ən böyüyü 45 yaşındadır. Qulu müəllimin şeirlərini oxuyub adi məntiq dili ilə danışmaq mümkün deyil. Hər şeir öz yaşında, hər şeir öz boyunda-buxununda...

Bəlkə adama ona görə belə gəlir ki, şeirlər canlıdır, lal insan kimi canlıdır və mən onları açıq-aşkar görə bilirəm - hardasa daha genişliklərdə, hardasa daha dərinliklərdə; adi dünyadan, adi məntiqdən uzaqlarda.

Bu şeirlər ədəbiyyatımızda elə öz yaşlarındaca qalacaqlar: 30, 35, 45- pozitiv bir gənc kimi...

Qulu Ağsəsin poeziyası ruhumuza çox yaxındır. O, öz dövrünün övladıdır. Səsi amiranə deyil,  sadədir, səmimidir. Birbaşa ürəkdən gəlir. Daha çox nəğməyə oxşarı var, bir az da laylaya, nağıla... 

Onun kövrək ürəyinin səsini eşitdikcə insan düşünür, arzulayır, xatırlayır və sevinir ki, İlahi, dünyana  belə bir şair gəlib.

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://mia.az
archiveBu xəbər 30 Noyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri