Netanyahu Baydenlə girovları müzakirə etdi
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı Qəzza zolağında girovların azad edilməsi ilə bağlı danışıqlarda irəliləyişi müzakirə edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin mətbuat xidməti bildirib.
"Baş nazir Benyamin Netanyahu az öncə ABŞ Prezidenti Co Baydenlə danışıb. Baş nazir ABŞ prezidenti ilə girovlarla bağlı danışıqlarda irəliləyişi müzakirə edib və onların azad edilməsi prosesini sürətləndirmək üçün Dohada danışıqlar aparan nümayəndə heyətinə verilən mandat barədə məlumat verib", - deyə qeyd olunub.
Baxış sayı:95
Bu xəbər 12 Yanvar 2025 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















