“Netanyahu bütün bu amillərdən Trampın “yüyənini” çəkmək üçün paralel şəkildə istifadə edir” ŞƏRH
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Trampın İsraildən asılı olduğunu artıq ABŞ analitikləri də açıq şəkildə etiraf edirlər. Bunun dəqiq səbəbi hələ də məlum deyil”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasındasiyasi şərhçi Asif Şəfəqqətov deyib:
“Bəziləri bunu onun sionist kürəkəni Cared Kuşnerlə, bəziləri Mossadın əlində olduğu iddia edilən Epşteyn kompromatları ilə, digərləri isə Trampın əsas sponsoru olan sionist milyarder Miriam Adelsonla əlaqələndirir. Ola bilsin ki, bu versiyaların hamısında müəyyən həqiqət payı var və Netanyahu bütün bu amillərdən Trampın “yüyənini” çəkmək üçün paralel şəkildə istifadə edir.
Qlobalist mətbuatın yazdığına görə, Tramp 31 yanvar – 1 fevral tarixlərində İrana zərbə endirməli idi. Bu məlumatın təsadüfən ortaya çıxdığını demək çətindir. Mətbuat belə bir iddianı göydən yaza bilməzdi, üstəlik Trampın hücumun tarixi ilə bağlı mətbuata hər hansı rəsmi açıqlaması da olmamışdı. Böyük ehtimalla Trampın ultimatumunun detalları mətbuata sionist dairələr tərəfindən sızdırılmışdı. Onsuz da meynstrim medianın əhəmiyyətli hissəsi onların nəzarətindədir. Məqsəd isə Trampın manevr imkanlarını daraltmaq idi”.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Fevral 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















