Netanyahu: Çin və Qətər İsrailin legitimliyinə hücum etməyə hazırlaşırlar
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Qəzza zolağında gedən müharibə səbəbindən İsrail iqtisadi təcrid dövrünə qədəm qoyur".
Oxu.Az-ın "Kommersant" nəşrinə istinadən verdiyi xəbərə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin dövlət katibi Marko Rubio ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Xüsusilə, o hesab edir ki, Çin və Qətər İsrailin legitimliyinə hücum etməyə hazırlaşırlar:
"Bir neçə ölkənin təşkil etdiyi mühasirədən çıxmaq üçün işlər görməliyik. Onlardan biri Çin, digəri Qətərdir. Onlar Qərb dünyasının sosial şəbəkələrində İsrailin legitimliyinə hücum təşkil edirlər".
Baş nazir əlavə edib ki, dünya bloklara bölünüb və İsrail onların heç birinə daxil deyil. Eyni zamanda, onun sözlərinə görə, ölkə öz potensialına arxalanaraq və ABŞ-nin dəstəyindən yararlanaraq təcriddən çıxmağa qadirdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 15 Sentyabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















