Netanyahu dövlət işlərini evdən idarə edəcək
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
İsrail baş naziri Binyamin Netanyahu iyulun 20-nə keçən gecə özünü pis hiss edib və həkimə müraciət edib.
"Report"un hökumət başçısının dəftərxanasına istinadən verdiyi məlumata görə, müayinənin nəticəsində ona bağırsaq iltihabı diaqnozu qoyulub.
Məlumata görə, narahatlığın səbəbi "xarab olmuş qidanın qəbulu" olub.
"Əlavə yoxlamalardan sonra baş nazirin vəziyyəti yaxşı qiymətləndirilib. Hazırda o, xəstəliklə əlaqədar yaranan susuzluq nəticəsində itirilmiş mayenin bərpası üçün venadaxili müalicə alır", - məlumatda qeyd olunur.
Dəftərxanadan bildirilib ki, həkimlərin göstərişlərinə uyğun olaraq Netanyahu növbəti üç günü evində keçirəcək və oradan dövlət işlərini idarə etməyə davam edəcək.
"Cebheinfo.az"
Baxış sayı:59
Bu xəbər 20 İyul 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















