“Netanyahu hökuməti dayandırılmalıdır” Ərdoğandan Starmerə açıq mesaj
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Türkiyə prezidenti Ərdoğan İngiltərə Baş naziri Keir Starmer ilə telefonla danışıb.
Turkustan.az xəbər verir ki, Rabitə İdarəsi görüşlə bağlı açıqlama verib:
“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan İngiltərə Baş naziri Key Starmer ilə telefon danışığı apardı.
Görüşdə Türkiyə ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının builki Baş Assambleyasının Fələstində iki dövlətli həll yolunda irəliləyiş əldə etmək üçün faydalı olduğunu bildirib.
Böyük Britaniyanın Baş naziri Starmeri ölkəsinin Fələstini dövlət kimi tanıması qərarına görə təbrik edən prezidentimiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Böyük Britaniya və Fransa kimi üzvləri tərəfindən Fələstini tanımasının tarixi bir hadisə olduğunu bildirdi.
Prezident Ərdoğan bildirib ki, Fələstinə dəstək sürəti qorunmalı və Netanyahu hökuməti diplomatik təzyiqdən kənar tədbirlərlə dayandırılmalıdır".
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 27 Sentyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















