Icma.az
close
up
RU
Netanyahu ilə Ərdoğan Bakıya gəlir Tarixi görüş baş tuta bilər

Netanyahu ilə Ərdoğan Bakıya gəlir Tarixi görüş baş tuta bilər

Icma.az, Modern.az saytına istinadən bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya 5 günlük səfəri gözlənilir. Baş nazirin ofisinin yaydığı məlumata görə, Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək. Onun mayın 11-də İsrailə qayıdacağı bildirilir. 
Maraqlıdır ki, mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ölkəmizə səfəri gözlənilir. Eyni zamanda, həmin müddətdə İsrail Baş nazirinin də ölkəmizdə səfərdə olması diqqət çəkir.
Bəs bu iki lider Azərbaycanda bir araya gələ, görüşə bilərlərmi?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov  Modern.az-a bildirib ki, Azərbaycan Respublikası son zamanlar yeni mərhələyə yüksəlir:

"Son zamanlar Azərbaycanın paytaxtına edilən səfərlər və Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın ən aparıcı ölkələrinə səfərləri haqda ümumi şəkildə təhlil aparanda bunu aydın görürəm. Biz həmişə demişik ki, Azərbaycan elə siyasət yürüdür ki, bütün dünya tərəfindən qəbul olunur. Biz bunu bilirik, haqqında danışırıq, indi isə əyani şəkildə görməyə başlayırıq. Nəticələr birbaşa Azərbaycanın son illər apardığı siyasət və yaratdığı reallıqlarla bağlıdır. Mən xatırlamıram ki, qısa müddətdə iki müharibəni kimsə udsun, ölkəsinin ərazi bütövlüyünü tam bərpa etsin və bu bir sıra üzdəniraqları çıxmaq şərtilə, dünya tərəfindən birmənalı qarşılansın. Həmin o üzdəniraqlar da özlərini dünyanın təmsilçisi kimi təqdim edirlər. Əslində, elə deyil. Dünyada 200-ə yaxın ölkə var, onların hamısı Azərbaycanın yeni reallığını tanıyır. Ancaq nə etmək olar, üzdəniraq erməni lobbisi, onların bəzi əlaltıları, yaxud Fransa kimi bəzi dövlətlər Azərbaycana qarşı siyasət aparırlar. Amma onu da demək lazımdır ki, Fransa da nə qədər Azərbaycana qarşı siyasət aparsa belə, dövlətimizin reallıqlarını sözdə tanıdığını deyir, lakin əməldə faktiki ölkəmizə qarşı elan olunmamış müharibə aparır.
Prezident İlham Əliyevin dünyanın ən aparıcı ölkəsi olan Çinə səfərinə, orada Azərbaycanın nə dərəcə böyük nüfuza malik olmasına şahidlik etdik. Ondan sonra İran Prezidentinin ölkəmizə səfəri baş tutdu. İran çox böyük dövlətdir. O, regionda xüsusi çəkiyə, təsirə malikdir.
İndi də İsrail Baş naziri Benyamin Netenyahu ölkəmizə səfərə hazırlaşır, daha sonra Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə növbəti səfəri olacaq. Biz içəridə olduğumuzdan bunu o qədər də hiss etmirik, əslində, Azərbaycan qlobal Cənubun qlobal Şimalla birləşməsində təkanverici rol oynayır, birləşdirici həlqəyə çevrilir. Belə bir funksiya dünyada artıq qəbul olunmağa başlayıb. Avropa Birliyinin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Azərbaycana gəlirsə, erməni lobbiləri bəyanatlar verirsə, İran Prezidentindən sonra İsrailin Baş naziri gəlirsə, Çin Azərbaycanla münasibətləri bu cür təşkil edirsə, Türk Dövlətləri Təşkilatının Azərbaycanda yenidən ən yüksək səviyyədə görüşlərinin təşkilini görürüksə, deməli, fərqli mühiti yaşayırıq".
 

Komitə sədri qeyd edib ki, burada dünya prosesləri getdikcə, üzdə olan, nüfuzlu, təsiredici ölkələrin nümayəndələri daha çox Azərbaycana gələcəklər:

"Burada təəccüblü heç nə yoxdur. İran Prezidenti Məsud Pezeçkianın Azərbaycandakı bəyanatlarını götürək,  faktiki olaraq buna qədər İranın dövlət başçılarının heç biri tərəfindən belə bəyanatlar verilməmişdi. Artıq reallığı ən yüksək səviyyədə qarşılayırlar və tanıyırlar. Bu çox ciddi məsələdir. Fərq etməz, bir, iki, ya üç gün kimsə gəlib ölkəmizdə qalacaq. Əsas məsələ ondan ibarətdir ki, dünyanın bugünkü beynəlxalq münasibətlərini təşkil edən, ona istiqamət verən aktorlar artıq öz siyasətləri içərisində Azərbaycanı nəzərdə tuturlar və ölkəmizi ən əsas iştirakçılardan biri kimi qəbul edirlər".
Mayın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə gözlənilən səfəri və həmin müddətdə İsrail Baş nazirinin Azərbaycanda olacağı indidən diqqət çəkir. Bu iki lider Azərbaycanda bir araya gələ, görüşə bilərlərmi?

Səməd Seyidov suala cavabında belə deyib:
"Onu protokoldan soruşmaq lazımdır. Mən belə məlumatlara malik deyiləm. Ancaq heç kimə sirr deyil ki, biz qardaş Türkiyə ilə münasibətlərimizi ən müsbət şəkildə təşkil etmişik, biz qardaşıq, bir-birimizə "bir millət, iki dövlət" kimi baxırıq. Bəzi hallarda - ordu nöqteyi-nəzərdən Şuşa Bəyannaməsini nəzərə alsaq, "bir millət, bir dövlət kimi" hərəkət edirik.
İsrail də bizim həmişə ən yüksək səviyyədə tərəfdaşımız olub. Biz maraqlıyıq ki, bu iki dövlət bir-biri ilə problem yaşamasın. Bu da məntiqli və təbiidir. Məhz buna görə siyasətimizi elə qurmalıyıq ki, münasibətlər normallaşsın. Mən Antalya Diplomatik Forumunda iştirak edirdim. Orada bu fikir bir daha səsləndi ki, Azərbaycanın İsraillə Türkiyə arasında vasitəçiliyi mövcuddur. Bu təbiidir və nə qədər güclü olsa, o qədər yaxşıdır. Çünki biz münasibətlərin normallaşmasında maraqlıyıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Aprel 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri