Icma.az
close
up
RU
Ermənistan yeni reallıqları qəbul etməkdən çəkinir

Ermənistan yeni reallıqları qəbul etməkdən çəkinir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri artıq 22-ci dəfə təşkil olundu. Səfər zamanı diplomatların burada aparılan bərpa-quruculuq işləri ilə tanış olmasına, tarixi və dini abidələri ziyarət etməsinə Ermənistanın aqressiv reaksiyası heç bir məntiqə sığmır. Bu, birbaşa Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Açıq görünür ki, Ermənistanda revanşist düşüncə hələ də qalmaqdadır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistanın bəzi dairələri xarici diplomatların Azərbaycanın ərazisinə səfərini az qala siyasi cinayət kimi təqdim etməyə çalışır və şou düzəldirlər. Halbuki xarici diplomatların Azərbaycanın suveren ərazisində hərəkətinə nəinki Ermənistan, heç bir ölkə və ya təşkilat müdaxilə edə bilməz.Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatları zamanı Azərbaycan öz ərazisində suverenliyini tam təmin edib. Bu reallıq bütün dünya tərəfindən də qəbul olunur. Maraqlıdır ki, 30 il işğal siyasəti həyata keçirən və buna görə heç bir beynəlxalq təzyiq və sanksiya görməyən Ermənistan indi Fransa, ABŞ və Avropa İttifaqının nümayəndələrinin obyektiv mövqeyini həzm edə bilmir. Əslində Qərb diplomatları məhz indi-azad olunmuş ərazilərə səfər etməklə, həqiqəti öz adı ilə çağırmaqla ədalət prinsipinə riayət etmiş olurlar. Bu ölkələr Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırlar. Bu isə o deməkdir ki, diplomatların Qarabağa səfəri Ermənistanın siyasi dairələrinin istəklərindən asılı deyil. Əslində, bu reaksiyalar Ermənistanın öz daxilində də ciddi sual doğurmalıdır. Əgər rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edirsə və sülh gündəliyindən danışırsa, onda həmin ölkənin media və siyasi dairələrində niyə bunun tam əksi olan ritorika səslənir? Ermənistanın bu səfər fonunda tarixi və mədəni irslə bağlı iddiası isə sadəcə riyakarlığın növbəti təzahürüdür.

Ermənistan hələ də Gəncəsər və Xudavəngi özlərinin müstəsna irsi kimi təqdim etməyə çalışır, eyni zamanda indiki Ermənistan ərazisində azərbaycanlıların çoxəsrlik yaşayışını və onların yaratdığı zəngin tarixi-mədəni irsi inkar edirlər. Bu yanaşma erməni saxtakarlığının ən radikal formada davam etdiyini göstərir. Yeri gəlmişkən, tarixi irslə bağlı iddialar Ermənistanın indiki ərazisindəki Azərbaycan irsinin taleyinə də diqqət yetirilməsini zəruri edir. Azərbaycan xalqı əsrlər boyu indiki Ermənistan ərazisində yaşayıb, burada özünəməxsus milli mədəni irs nümunələri yaradıb. Bu irsin əhəmiyyətli hissəsi müxtəlif dövrlərdə dağıdılıb, dəyişdirilib və ya izləri silinib. Burada söhbət bütövlükdə bir xalqın tarixi-mədəni izlərinin yaddaşdan silinməsi təhlükəsindən gedir. Bu həm də beynəlxalq hüququn prinsiplərinin pozulması deməkdir. 1954-cü il Haaqa Konvensiyası bu baxımdan mühüm beynəlxalq hüquqi çərçivə yaradır.
Azərbaycan dövləti öz ərazisindəki müxtəlif dini və mədəni irs nümunələrinin qorunmasına məsuliyyətlə yanaşır. Bu, Azərbaycanın multikultural və tolerant dövlət kimi dəyişməyən siyasətidir. Bir sözlə, diplomatların səfərinə reaksiyalar Ermənistanın revanşist dairələrinin hələ də zərərsizləşdirilmədiyini təsdiqləyir. Üstəlik, “Artsax”ın tör-töküntüləri diplomatik nümayəndələrə “müraciət” də ünvanlayıb. Bununla yanaşı Ermənistanın informasiya məkanında yayılan bir sıra materialların hakimiyyətə yaxın resurslarda da tirajlanması, həmçinin parlamentin spikerinin yanaşması elə Ermənistan iqtidarının da eyni təxribatçı mövqeyi bölüşdüyünü təsdiqləyir.
Bir tərəfdən sülh və normallaşmadan danışılır, digər tərəfdən isə Azərbaycanla sülhün əsas şərtlərinə zidd olan revanşist narrativlər dövriyyəyə buraxılır. Ermənistan cəmiyyəti anlamalıdır ki, müharibə bitdikdən sonra davamlı sülh qurmaq üçün reallıqları qəbul etməkdən başqa yol yoxdur. Ona görə də İrəvan sülhlə bağlı mövqeyinə korrektələr etməlidir. Əgər Ermənistan həqiqətən sülhə hazırdırsa, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər edən diplomatları hədəfə almaq əvəzinə onların bölgədə gördükləri reallıqla tanış olmasına hörmətlə yanaşmalıdır.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri