Icma.az
close
up
RU
Netanyahu qərarını dəyişdi, Trampı hədəf göstərdi İsrail müharibədə tək qalır?

Netanyahu qərarını dəyişdi, Trampı hədəf göstərdi İsrail müharibədə tək qalır?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın tərksilah edilməsi məsələsində ölkəsinin kənar dəstəyə arxalanmayacağını bildirib. Netanyahu ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı koalisiya formalaşdırmaq cəhdinin uğursuz olmasına əsasən bu qənaətə gəldiyini söyləyib.

İsrailin baş nazirinin ABŞ-la bağlı bu açıqlaması Vaşinqton-Təl-Əviv münasibətləri fonunda diqqət çəkib.

ABŞ mümkün ssenaridə müxtəlif səbəblərlə münaqişədən geri çəkilə və İsrail “müharibə səhnəsi”ndə tək qala bilərmi?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Netanyahunun səsləndirdiyi fikir, əslində təkcə HƏMAS məsələsi ilə bağlı deyil:

“Bu, həm də o deməkdir ki, İsrail artıq təhlükəsizlik məsələlərində əvvəlki kimi geniş beynəlxalq hərbi dəstəyə arxalana bilmir. Ona görə də öz gücünə daha çox bel bağlamalıdır.

ABŞ-ın müharibədən çıxması məsələsinə gəldikdə isə, burada “çıxmaq” anlayışını düzgün anlamaq vacibdir. ABŞ adətən belə münaqişələrdə birdən-birə tam geri çəkilmir. Əksinə, rolunu dəyişir: birbaşa hərbi iştirakdan daha çox dolayı dəstəyə keçir. Yəni Donald Trump administrasiyasının yanaşmasına baxdıqda görmək olur ki, Vaşinqton artıq böyük koalisiyalar qurmaqda çətinlik çəkir və bu səbəbdən regional müttəfiqlərin – hazırda İsrailin – daha çox məsuliyyət daşımasını istəyir.


Vüqar Zifəroğlu 

Bu vəziyyətin əsas səbəblərindən biri ABŞ-ın eyni anda bir neçə strateji istiqamətdə yüklənməsidir. Ukrayna müharibəsi, Çinlə rəqabət və İranla gərginlik Vaşinqtonun resurslarını bölür. Belə bir şəraitdə ABŞ üçün Yaxın Şərqdə uzunmüddətli və genişmiqyaslı hərbi iştirak həm siyasi, həm də iqtisadi baxımdan çətinləşir. Üstəlik, Avropa ölkələrinin də bu cür münaqişələrdə aktiv hərbi iştirakdan yayınması ABŞ-ı daha ehtiyatlı davranmağa məcbur edir.

Bu, İsrailin tamamilə tək qalacağı mənasına gəlmir. ABŞ-ın İsrailə münasibəti strateji müttəfiqlik səviyyəsindədir və asanlıqla dəyişən bir faktor deyil”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Aprel 2026 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri