Netanyahu Qəzzanın bərpası üçün əsas şərti açıqladı
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
İsrail HƏMAS tərk-silah edilmədən və anklav tam demilitarizasiya olunmadan Qəzza zolağında bərpa işlərinin başlanmasına yol verməyəcək.
"AzPolitika" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında deyib.
"Qəzzada (HƏMAS-ın - red.) tərk-silah və sektorun demilitarizasiyası olmadan heç bir bərpa işi olmayacaq", - o qeyd edib.
Bundan əlavə, Netanyahu İsrail-Livan münaqişəsinə toxunaraq qeyd edib ki, İsrail öz maraqlarına uyğun hərəkət etməyə davam edəcək.
"Bir sıra medialar iddia edirdi ki, guya prezident (ABŞ Donald Tramp - red.) Livandakı terror obyektlərinə qarşı heç bir tədbir görməməyi xahiş edib. Bu, yalan məlumatdır. O mənə bu barədə heç nə deməyib, mən də soruşmamışam. Biz öz mülahizələrimizə uyğun hərəkət edirik", - İsrailin Baş naziri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 05 İyul 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















