Netanyahu: HƏMAS tərksilah edilmədən Qəzzanın bərpası mümkün deyil
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Binyamin Netanyahu iyulun 5-də hökumətin iclasında bəyan edib ki, Qəzza zolağının bərpası onun tərksilah edilməsi və demilitarizasiyası olmadan qeyri-mümkündür.
Bizim.Media xəbər verir ki, o, ABŞ-ın bu məsələ ilə bağlı mövqeyini dəyişə biləcəyinə dair xəbərləri təkzib etməyib, lakin İsrailin belə bir ssenari ilə razılaşmayacağını vurğulayıb.
Netanyahu, həmçinin bildirib ki, anklavı tərk etmək istəyən sakinlərə bu imkan verilməlidir.
O, İsrailin anklav daxilində bufer zonaları saxlamağa davam edəcəyini qeyd edib. Baş nazirin sözlərinə görə, bölgədə qalan şəxslər İsrailin təhlükəsizliyi üçün təhdid yaratmamalıdırlar.
Bu bəyanatlar Tramp administrasiyasının Qəzza ilə bağlı planının növbəti mərhələsi ətrafında davam edən fikir ayrılıqları fonunda səslənib. Həmin planın əsas bəndlərindən biri də məhz HƏMAS-ın tərksilah edilməsi məsələsidir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 05 İyul 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















