Netanyahu: Tramp İranla bağlı fikrimi eşitmək istəyirdi
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı danışıqlarda razılıq əldə ediləcəyi təqdirdə, Tel-Əvivin maraqlarının nəzərə alınmalı olduğunu bildirib.
"Ölkə.az" xəbər verir ki, Netanyahu bunu ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda keçirdiyi müzakirədən sonra İsrailə geri dönəərkən hava limanında jurnalistlərə açıqlayıb.
"O (Donald Tramp – red.), mənim fikrimi eşitmək istəyirdi. İranla istənilən razılığın mahiyyətinə dair ümumi skeptisizm ifadə etdim", - İsrailin Baş naziri bildirib.
O, təkcə nüvə probleminin yox, həm də ballistik raketlər və İranın proksi qüvvələri ilə bağlı İsraili maraqlandıran məqamların da nəzərə alınmalı olduğunu diqqətə çatdırıb.
Netanyahu bildirib ki, Trampla Qəzza zolağında həyata keçirilən sülh planı da müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 13 Fevral 2026 06:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















