Icma.az
close
up
RU
Tramp və Netanyahu İranla bağlı razılaşdı: HÜCUM...

Tramp və Netanyahu İranla bağlı razılaşdı: HÜCUM...

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı Baş nazir Benyamin Netanyahu ona Vaşinqtonun tələbi olmadan İsrailin öz təşəbbüsü ilə İrana hücum etməyəcəyini bildirib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Associated Press İsrail” mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Netanyahu Trampla söhbəti zamanı vurğulayıb ki, İranın İsrailə hücumu halında İsrail qisas almaq hüququnu özündə saxlayır. 

Baş nazir, həmçinin Amerika liderinə İsrailin İranla bağlı yeni kəşfiyyat məlumatlarını ABŞ ilə bölüşməyə davam edəcəyini bildirib. Netanyahu Vaşinqtonun İranla münaqişədə Yaxın Şərqdə ABŞ-nin müttəfiqi olan ərəb ölkələrinin mövqelərini nəzərə almalı olduğunu anlayıb. 

O, ABŞ Prezidentini İsrailin İran məsələsində Vaşinqtona tam etibar etdiyini və Trampın verdiyi istənilən qərarı dəstəkləyəcəyinə əmin edib.

Netanyahu ilə Tramp arasında görüş ərəfəsində Amerikanın "Al-Monitor" portalı mənbələrə istinadən bildirmişdi ki, İsrailin Baş naziri ABŞ Prezidentinə İran ərazisinə yeni İsrail hücumları planlarını təqdim etməyi planlaşdırır. Müzakirə İranın sənaye obyektlərinə, körpülərinə və dəmir yolu infrastrukturuna potensial hücumlar ətrafında cərəyan edib. 

Xatırladaq ki, ABŞ-İran münaqişəsinin son eskalasiyası 8 iyulda başlayıb. Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq ABŞ qüvvələri İslam Respublikası ərazisinə bir neçə seriya zərbə endiriblər. 

Bu zərbələr Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq edilib. Elə həmin gün Tramp İranla atəşkəsin bitdiyini elan edib. Cavab olaraq Tehran Yaxın Şərqdəki Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omanda yerləşən ABŞ hədəflərinə hücum etməyə başlayıb. 24 iyulda iki tərəf də hücumu dayandırıb.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Tramp Netanyahu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 İyul 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri