Netanyahu Trampdan Türkiyəyə F 35 verilməməsini istədi
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Metbuat.az xəbər verir ki, NATO Zirvəsindən sonra keçirilən telefon danışığında İran, Körfəz bölgəsindəki təhlükəsizlik vəziyyəti və Türkiyə ilə bağlı məsələlər müzakirə olunub.
Məlumata görə, Netanyahu Trampdan Türkiyəyə F-35 qırıcılarının satışına razılıq verməməsini istəyib. O, İsrailin hava üstünlüyünün qorunmasının ölkəsinin milli təhlükəsizlik doktrinasının əsas elementlərindən biri olduğunu bildirib.
Xatırladaq ki, Tramp daha əvvəl Türkiyəyə qarşı tətbiq olunan KATSA sanksiyalarının ləğvi və F-35 satışının yenidən nəzərdən keçirilməsinin gündəmdə olduğunu açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 10 İyul 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















