Netanyahu Trampdan Türkiyəyə silah satışının qarşısını almağı İSTƏDİ
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığında Türkiyəyə Amerika istehsalı olan silahların satışına mane olunmasını xahiş edib.
Redaktor.az xəbər verir ki, bu barədə "N12" portalı ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə münasibəti ilə bağlı narahatlığını ifadə edib və ABŞ istehsalı olan hərbi texnologiyaların, xüsusilə "F-35" qırıcılarının Türkiyənin hərbi potensialını əhəmiyyətli dərəcədə artıracağını bildirib.
Bildirilir ki, İsrail tərəfi bunu öz təhlükəsizliyi üçün risk hesab edir. Mənbələrin sözlərinə görə, Donald Tramp Netanyahunun müraciətini dinləyib və məsələ ilə bağlı Ərdoğana müəyyən mesajlar çatdıra biləcəyi istisna olunmur.
Qeyd olunur ki, bu müraciət İsrail və Türkiyə arasında uzun müddətdir davam edən siyasi gərginlik fonunda baş verib. Benyamin Netanyahu daha əvvəl Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı bəyanatlarından narahatlığını ifadə etmiş və bu məsələnin ABŞ-dəki müttəfiqlərinin diqqətinə çatdırılacağını bildirmişdi.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan bu ilin may ayında Qurban bayramı münasibətilə etdiyi çıxışında İsrail hökumətinin siyasətini kəskin tənqid etmiş və dünya müsəlmanlarını İsrailə qarşı birlik nümayiş etdirməyə çağırmışdı.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 07 İyul 2026 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















