Icma.az
close
up
RU
Netanyahu Trampla görüşdə İrana mümkün hücumu yenidən müzakirə edəcək NBC

Netanyahu Trampla görüşdə İrana mümkün hücumu yenidən müzakirə edəcək NBC

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla İran ərazisinə əlavə zərbələr endirmək ehtimalını müzakirə etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, "NBC News" bu barədə mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, İsrailin baş naziri Amerika liderinə Tehranın raket proqramı ilə bağlı narahatlıqlarını çatdırmaq və onun inkişafı üçün "sürətli cavab tələb oluna biləcəyini" bildirmək niyyətindədir.

Netanyahu Trampa ABŞ-ın yeni hərbi əməliyyatlarda mümkün iştirakı və ya Vaşinqtonun onların həyata keçirilməsinə kömək etmək yolları ilə bağlı variantları təqdim edəcək. Telekanalın məlumatına görə, Netanyahu ilə ABŞ prezidenti arasında 29 dekabrda Floridada görüş gözlənilir.

Tramp əvvəllər ölkə rəhbərliyi Vaşinqtonla razılığa gəlməkdən imtina edib raket proqramını davam etdirərsə, ABŞ-ın İrana yenidən zərbə endirə biləcəyini irəli sürmüşdü. Trampın sözlərinə görə, İran nüvə proqramını inkişaf etdirməyə "cəhd edə" bilər. Amerika lideri iddia edirdi ki, ABŞ onu məhv etməyə hazır olacaq.

Noyabr ayında İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə"yə verdiyi müsahibədə İran rəhbərliyinin dinc məqsədlər üçün uranı zənginləşdirməyə davam etmək niyyətində olduğunu və raket proqramının gələcəyini müzakirə etməyi istisna etdiyini bildirib. O qeyd edib ki, "heç bir sağlam düşüncəli insan hərbi komponentindən imtina etməyə razı olmaz".

13 iyun gecəsi İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. 24 saatdan az müddət sonra İslam Respublikası cavab hücumuna başlayıb. ABŞ münaqişənin eskalasiyasından doqquz gün sonra Fordo, Nətənz və İsfahandakı İranın nüvə obyektlərinə zərbələr endirərək münaqişəyə qoşulub. 23 iyun axşamı İran Yaxın Şərqdəki ən böyük ABŞ hava bazası olan Qətərdəki Əl-Udeyd hava bazasına hücum edib. Bundan sonra ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Atəşkəs 24 iyunda qüvvəyə minib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Dekabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri