Netanyahu Trampla İrana qarşı yeni birgə əməliyyatı müzakirə edəcək
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Baş nazir Prezidentə İranla bağlı yeni kəşfiyyat məlumatları təqdim etmək niyyətindədir
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla İrana qarşı yeni birgə İsrail-ABŞ hərbi əməliyyatını müzakirə etməkdə maraqlı olduğunu bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə CNN yüksək vəzifəli İsrail mənbələrinə istinadən məlumat yayıb.
Kanal iki həmsöhbətinə istinadən xəbər verib ki, "Netanyahu bu həftə Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampla İrana qarşı mümkün hərbi variantları müzakirə etmək niyyətindədir. Çünki İsrail ABŞ-İran danışıqlarının uğursuz olacağı təqdirdə gözlənilməz hallara hazırlaşır".
Başqa bir mənbəyə görə, Netanyahu Trampa hazırda İslam Respublikasının faktiki hərbi imkanları ilə bağlı yeni kəşfiyyat məlumatları təqdim etmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 11 Fevral 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















