Tramp və Netanyahu İrana qarşı ikinci hərbi əməliyyatı müzakirə edib
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüş zamanı 2026-cı ildə İrana yenidən hücum etmək ehtimalını müzakirə edib və Ağ Ev rəhbəri də nüvə təhlükəsi halında İrana hərbi müdaxiləyə razılıq verib.
Ölkə.az "Axios"a istinadən xəbər verir ki, Ağ Ev administrasiyası İranın nüvə proqramını yenidən qurmaq üçün real və təsdiqlənə bilən addımlar atdığını müəyyən edərsə, Tramp çox güman İrana qarşı ikinci hərbi hücumları dəstəkləyəcək.
Nəşr onu da qeyd edib ki, Tramp və Netanyahu gələcək hərbi əməliyyatlarla bağlı konkret zaman və ya ətraflı anlaşma barədə hələlik dəqiq bir razılığa gələ bilməyiblər.
Netanyahu ilə görüşündən sonra Donald Tramp verdiyi açıqlamada Tehran rejiminə ciddi bir mesaj ünvanlayıb. "Onlar hərəkətlərinin nəticələrini bilirlər. Nəticələrinin çox ağır, bəlkə də keçən dəfəkindən daha ağır olacağını bilirsiniz. İran keçən dəfə onlara seçim imkanı verəndə bizimlə razılaşmalı idi", -Tramp qeyd edib.
Nəşr onu da yazıb ki, görüşün digər vacib məqamı Qəzzadakı vəziyyət müzakirə edilib. İddialara görə, Tramp HƏMAS razılaşmaya əməl etməsə və tərksilah etməyə başlamasa, İsrailə hücumları bərpa etməyə icazə verəcəyini bildirib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 01 Yanvar 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















