Icma.az
close
up
RU
“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Cəmiyyət parçalanıb, prezident isə təzyiqlərə baxmayaraq qərarı yalnız dövlət maraqları əsasında verəcəyini bildirir..."

Son günlər İsrail baş naziri Benyamin Netanyahu ətrafında yaranan siyasi qalmaqal ölkəni tarazlıqdan çıxarıb. 

Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Walla" nəşri yazıb.

Nəşr qeyd edir ki, baş nazirin korrupsiya işi üzrə davam edən məhkəmə prosesində qəfil şəkildə prezidentdən amnistiya istəməsi nə hökumətdə, nə də cəmiyyətdə soyuqqanlı qarşılanmayıb. Bu addım İsraildə siyasi institutların gələcəyi, məhkəmənin müstəqilliyi və dövlət idarəçiliyinin taleyi ilə bağlı geniş müzakirələrə səbəb olub.

Məhkəmə böhranı və prezidentin mövqeyi

İsrail prezidenti İshaq Hersoq artıq ilk dəfə rəsmi reaksiya verərək bildirib ki, Netanyahunun amnistiya müraciəti "yalnız dövlətin maraqlarını nəzərə alaraq" qiymətləndiriləcək. Prezident açıq şəkildə vurğulayıb ki, "təzyiq, təhqir və aqressiv ritorika" qərarını dəyişməyəcək və müraciət qanuni prosedura uyğun araşdırılacaq.

Müraciətin özəlliyi ondadır ki, Netanyahu nə günahını etiraf edib, nə də hüquqi anlaşma təklif edib. İsraildə isə adətən amnistiya yalnız hökm çıxarıldıqdan sonra və etiraf əsasında tətbiq olunur. Buna görə də siyasətçilər və hüquqşünaslar bu addımı "presedentsiz" və "təhlükəli" adlandırır.

Cəmiyyətin reaksiyası və sorğuların nəticəsi

Sorğular isə göstərir ki, İsrail bu mövzuda tam ortadan iki yerə bölünüb. "KAN11" kanalının apardığı araşdırmaya görə, ümumi seçicilərin 38 faizi amnistiyanı dəstəkləyir, 43 faizi əleyhinədir, 19 faizi tərəddüd edir. Təhlil göstərir ki, siyasi düşərgədən asılı olaraq mövqelər tam dəyişir. 

Koalisiya tərəfdarlarının 73 faizi amnistiyanı dəstəkləyir, müxalifət seçicilərinin 67 faizi qəti əleyhinədir, dindar seçicilərin yarısından çoxu "lehinə", ərəb sektorunda isə 69 faiz əleyhinədir. Digər sorğunun nəticələri göstərir ki, əgər amnistiya Netanyahunun siyasətdən uzaqlaşması şərti ilə verilərsə, dəstək faizi artır - bu ssenaridə seçicilərin 38 faizi razıdır.

Ölkə qərar anına yaxınlaşır

Bu hadisələr fonunda İsrail siyasi sistemində gərginlik pik həddə çatıb. Bir tərəf Netanyahunu dövlət sistemini dağıtmaqda, məhkəməni təhqir etməkdə və siyasi mafiya üsulları ilə işləməkdə ittiham edir. Digər tərəf onu "sui-qəsd qurbanı" kimi görür və məhkəməni siyasi silah adlandırır.

Növbəti mərhələ artıq prezident sarayındadır. İndi bütün ölkənin diqqəti tək bir suala yönəlib: Netanyahu məhkəmə qarşısında dayanacaq, yoxsa tarixdə ilk karyerasını davam edən baş nazir olaraq hökm çıxarılmadan amnistiya alacaq?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:341
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Dekabr 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see281

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see261

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see207

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see174

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see173

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see159

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see147

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see142

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see135

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see134

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see133

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see132

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see130

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see126

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see125

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see124

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see123

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see123

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri