Netanyahu Yaxın Şərq münaqişəsində ABŞ ın tələblərini qəbul etməyə bilməz
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdəki mövcud münaqişənin həlli ilə bağlı ABŞ-ın tələblərindən yayınmaq üçün bütün imkanlarını tükəndirib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə "Al-Monitor" qəzeti İsrail hökumət mənbələrinə istinadən xəbər verib.
Portal qeyd edir ki, ABŞ-ın təzyiqinə tab gətirə bilməməyin bariz nümunələrindən biri İranla danışıqların pozulması təhlükəsi fonunda Beyruta hücumlardan imtina etmək qərarı olub:
"Əvvəllər Netanyahunun ABŞ ilə münasibətlərində manevr etmək üçün yeri var idi, lakin indi ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə sülh yolu ilə həll istəyi nəzərə alınmaqla, İsrail rəhbərliyi Vaşinqtona tabe olmağa məcburdur".
Qəzet yazır ki, Netanyahu öz taleyini və İsrailin taleyini Trampın əhval-ruhiyyəsinə bağlayırdı:
"İndiyə qədər o, bu sxemdən xeyli faydalanıb, lakin Tramp İranla müharibədən bezib onun nəticələrini anlamağa başlayan kimi Netanyahu özünü Trampın təzyiqi altında gördü".
Portal qeyd edir ki, Netanyahu prezidentlər Bill Klinton, Barak Obama və Co Bayden dövründə həmişə ABŞ təzyiqinə tab gətirə bilib. Lakin İsrail baş nazirinin Donald Trampın dəstəyinə həddindən artıq güvənməsi sonda ona qarşı qeyri-bərabər asılılığa səbəb oldu və bu asılılığın öhdəsindən gəlmək bu mərhələdə mümkünsüz görünür.
Arzu
Bu mövzuda digər xəbərlər:İsraildə seçkilər: Netanyahu gedərsə, Yaxın Şərq dəyişəcək?
27 Oktyabr 2026 15:38
HƏMAS ın tərksilahı: ABŞ ın yeni Yaxın Şərq planı
20 Oktyabr 2025 12:20
Putin və Netanyahu Trampın Yaxın Şərq planını müzakirə etdilər
07 Oktyabr 2025 12:06
Makron: “Biz Yaxın Şərq münaqişəsində iştirak etmirik”
10 Mart 2026 00:12
Yaxın Şərq böhranı ABŞ yə təsir etməyə başlayıb
25 Mart 2026 12:11
Baxış sayı:125
Bu xəbər 03 İyun 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















