Netanyahudan son durum açıqlaması: “İran xalqının taleyini...
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
İsrailin baş naziri Benyamin Netanyahu İranla bağlı sərt bəyanat verib.
"Ölkə.az" xəbər verir ki, Netanyahu İsrailin son hərbi əməliyyatlarının İranın hərbi və strateji infrastrukturuna ciddi zərbə vurduğunu bildirib.
Baş nazirin sözlərinə görə, İsrail qüvvələri İran ərazisində bir sıra mühüm obyektləri məhv edib.
Netanyahu qeyd edib ki, zərbələr nəticəsində hökumət obyektləri, nüvə infrastrukturu, komanda mərkəzləri və hərbi bazalar sıradan çıxarılıb. O əlavə edib ki, silah istehsalı zavodları, raket anbarları və yüzlərlə ballistik raket buraxılış qurğusu da məhv edilib.
“Biz İran xalqının öz taleyini öz əlinə almasına imkan verən şərait yaradırıq”, – deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, bu əməliyyatlar İsrailin təhlükəsizliyini təmin etmək və regionda İranın hərbi imkanlarını zəiflətmək məqsədi daşıyır.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 08 Mart 2026 06:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















