Icma.az
close
up
RU
Netanyahunun Bakı səfəri: 30 il öncə Əliyevlə nə danışıb? Şmuleviç detalları açdı

Netanyahunun Bakı səfəri: 30 il öncə Əliyevlə nə danışıb? Şmuleviç detalları açdı

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri 7-11 may tarixlərinə planlaşdırılır. Səfər həm də öz müddəti (beş gün) ilə seçilir ki, bu da yüksək səviyyəli rəsmi səfərlər üçün qeyri-adi haldır. Daha əvvəl İsrail hökumətinin başçısının oxşar səfərləri maksimum 1-2 gün davam edirdi”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında israilli tarixçi və politoloq Avraham Şmuleviç deyib.

Onun sözlərinə görə, əvvəlcə səfərin mayın 8-də baş tutacağı və bir günlük olacağı bildirilsə də, sonradan müddətin uzadıldığı açıqlanıb:

“Səfər mühüm geosiyasi kontekstə malikdir. Əsas tədbirlər mayın 8-də, yəni Netanyahunun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi vaxt planlaşdırılır. Çox güman ki, müzakirələr ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizliyə yönələcək.

İqtisadi əməkdaşlığın gücləndirilməsinə yönəlmiş müqavilələrin imzalanması mümkündür. Son illər Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi sabit olaraq 3,5 milyard dollar civarındadır. Əsas diqqət Təl-Əviv və Ankara arasında iqtisadiyyat, enerji, texnologiya, tibb və xüsusilə də müdafiə sənayesi sahələrində strateji tərəfdaşlığın daha da gücləndirilməsinə yönəlib. İsrail Azərbaycana müdafiə texnologiyalarının ən böyük təchizatçılarından biri olaraq qalır və bu sahədə əməkdaşlıq İkinci Qarabağ müharibəsindən sonra intensivləşib”.

A.Şmuleviç qeyd edib ki, İsrailin baş naziri mayın 8-də ölkənin yəhudi icmasının nümayəndələri ilə də görüşəcək və Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Bakıda Şəhidlər Xiyabanındakı məzarını ziyarət edəcək:

“Səfər çərçivəsində o, həmçinin “Şabat”ı Bakıda keçirməyi planlaşdırır ki, bu da İsrailin İslam dünyasının bir hissəsində təcrid olunması kontekstində səfərin simvolik əhəmiyyətini vurğulayır.

Təl-Əviv hökumətinin nümayəndə heyətinə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) yüksək rütbəli generalları, o cümlədən Azərbaycan əsilli zabitlər daxil olacaq ki, bu da ölkələr arasında mədəni əlaqələri vurğulayır.

Bu səfər həm də geosiyasi kontekstdə Azərbaycanın İsrail və Türkiyə arasında gərginliyin azaldılmasında vasitəçilik rolunu oynaması ilə regionda strateji yönləndirmənin bir hissəsi kimi qiymətləndirilir. Azərbaycan son vaxtlar İsrail və Türkiyə arasında, xüsusilə də Suriyadakı vəziyyətlə bağlı vasitəçi kimi çıxış edib. Suriyada toqquşmaların qarşısını almaq üçün Bakıda İsrail və Türkiyə nümayəndələri arasında texniki məsləhətləşmələr keçirilib.

Səfər eyni zamanda İsrail, Azərbaycan və ABŞ arasında üçtərəfli əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır. Amerikanın xüsusi nümayəndəsi Stiv Vitkoff yaxın zamanda bu məqsədlə Bakıda olub.

Bu səfər İran Prezidenti Məsud Pezeşkiyanın Bakıya gəlişindən cəmi 10 gün sonra, Vaşinqton və Tehran arasında nüvə danışıqlarının bərpası fonunda baş verir. Azərbaycanın artan vasitəçi rolu və İsraillə sıx əlaqələri Tehranda narahatlıq doğurur”.

Ekspert qeyd edib ki, may ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ikitərəfli hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün Bakıya səfəri gözlənilir:

“Səfərlərin rəsmi olaraq bir-biri ilə əlaqəsi olmasa da, Azərbaycan daha əvvəl Suriyada toqquşmaların qarşısını almaq üçün iki ölkə arasında Bakıda görüş də daxil olmaqla Türkiyə-İsrail gərginliyinin azaldılmasına dəstək göstərməyi təklif edib.

Türkiyə Netanyahunun təyyarəsinin Azərbaycana uçmaq üçün öz hava məkanından istifadə etməsinə icazə verdi ki, bu da Ankara ilə Təl-Əviv arasında mürəkkəb münasibətlərin fonunda diqqətəlayiq bir jest oldu.

“The Times of Israel”in məlumatına görə, Netanyahunun Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Media və sosial şəbəkələrdə İranla bağlı mümkün danışıqlar və ya İsrail nümayəndə heyətinin Bakıdan sonra Türkiyəyə növbəti səfəri ilə bağlı şayiələr də daxil olmaqla, səfərin strateji əhəmiyyəti vurğulanır”.

Şmuleviçin sözlərinə görə, bu, Netanyahunun 2023-cü il oktyabrın 7-də HƏMAS-la müharibə başlayandan sonra müsəlman ölkəsinə ilk səfəridir:

Avraham Şmuleviç

“Azərbaycan özünü Şərqlə Qərb, eləcə də müsəlman və yəhudi dünyaları arasında dialoqu təşviq edən neytral diplomatik platforma kimi təqdim edir.

Netanyahu artıq 1997-ci ildə Bakıya səfər etmiş, o vaxtkı Prezident Heydər Əliyevlə bir gecədə qısa söhbətlər aparmışdı. Həmin səfər Azərbaycanla İsrail arasında yaxınlaşmanın əsasını qoydu. Təxminən 30 ildən sonra indiki səfər bu prosesin davamı kimi qəbul edilir.

2016-cı ildə İsrailin Akko şəhərində Azərbaycan dağ yəhudilərinin irsi üzrə koordinasiya mərkəzi açılıb ki, bu da ölkələr arasında mədəni əlaqələrin rəmzidir”.

Ekspert sonda qeyd edib ki, Benyamin Netanyahunun 2025-ci ilin mayında Bakıya səfəri, İsrail və Azərbaycan arasında strateji tərəfdaşlığı gücləndirən əlamətdar hadisə olacağını vəd edir:

“Onun qeyri-adi şəkildə uzun sürməsi və zəngin proqramı, səfərin həm ikitərəfli münasibətlər, həm də regional diplomatiya üçün əhəmiyyətini vurğulayır. Azərbaycan çox güman ki, səfərdən mürəkkəb geosiyasi vəziyyətdə vasitəçi rolunu təsdiqləmək üçün istifadə edəcək.

Netanyahunun Bakıya səfəri sadəcə diplomatik hadisə deyil, regionda qüvvələr balansına təsir edə biləcək, İsrail, Azərbaycan və onların tərəfdaşları arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacaq bir addımdır”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 May 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri