Icma.az
close
up
RU
Netanyahunun Bakı səfərinin PƏRDƏARXASI

Netanyahunun Bakı səfərinin PƏRDƏARXASI

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın zamanda Bakıya səfəri planlaşdırılır.

Modern.az-ın məlumatına görə, İsrailin məşhir "Jerusalem Post" nəşrində dərc edilən məqalədə bildirilib ki, rəsmi tarix açıqlanmasa da, səfər artıq gündəmdədir.

Nəşr qeyd edir ki, Netanyahunun səfəri təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, eyni zamanda regionda güc balansının dəyişməkdə olduğunu göstərir.

Baş nazirin səfəri Azərbaycanın İsrail və Türkiyə arasında strateji körpü rolunu gücləndirməsi fonunda baş verir. Xüsusilə Suriya məsələsində Bakı iki tərəf arasında vasitəçi mövqeyindədir. Bu isə bölgədə yeni geosiyasi reallıqların yaranmasından xəbər verir.

Qeyd edək ki, bir müddət əvvəl İsrail və Türkiyə rəsmiləri Bakıda görüşüblər.

Qəzetdə dərc edilən məqalədə bildirilib ki, bu proseslər Tehranda ciddi narahatlıq doğurur. İran Azərbaycanın İsrail və Türkiyə ilə yaxınlaşmasını, xüsusilə də Suriya məsələsindəki rolunu, həm Yaxın Şərq, həm də Qafqazda öz təsir imkanlarına təhdid kimi görür. İran üçün ən ciddi itkilərdən biri Suriyada öz əsas dayağı olan Əsəd rejiminin zəifləməsidir. İsrailin Hizbullaha qarşı hava zərbələri, İranın bu bölgədəki hərbi-siyasi imkanlarını zəiflədir. Türkiyənin də regionda təsirini artırması Tehranın manevr imkanlarını daha da azaldıb.

İsrailin post-Əsəd dövrünə dair planı İranın Suriya və Livandakı hərbi varlığını zəiflətməyə yönəlib. Bu çərçivədə regiondakı tərəfdaşlarla, xüsusilə Azərbaycanla əməkdaşlıq ön plana çıxır. Rusiya-Ukrayna müharibəsi səbəbindən Moskvanın bölgədəki təsiri azaldıqca bu boşluğu Azərbaycan kimi yeni oyunçular doldurmağa başlayır.

Bu proses Vaşinqtonun da diqqətindən yayınmayıb. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərərək, Azərbaycanın İsrailə verdiyi dəstəyi və bölgədə sabitliyə töhfəsini alqışlayıb. 

"Tehran isə bu tendensiyaya qarşı Ermənistanla hərbi əməkdaşlığı gücləndirib. İran və Ermənistan birgə hərbi təlimlər keçirərək “xaricdən dizayn olunmuş sərhəd dəyişikliklərinə” qarşı xəbərdarlıq ediblər. Bu isə aydın şəkildə Azərbaycana və onun müttəfiqlərinə yönəlmiş mesajdır", - məqalədə deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Aprel 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri