Icma.az
close
up
RU
“Netanyahunun etirazları ABŞ İran danışıqlarına təsir etməz” SİYASİ ŞƏRHÇİ

“Netanyahunun etirazları ABŞ İran danışıqlarına təsir etməz” SİYASİ ŞƏRHÇİ

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampın xahişi ilə İran və Vaşinqton arasında vasitəçilik missiyasına başlayıb.

Livanın “Al-Akhbar” qəzeti xəbər verir ki, şahzadə İranın nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı fikir ayrılıqlarını həll etməyi nəzərdə tutan yeni razılaşmaya nail olmaq məqsədilə İran-ABŞ danışıqlarının bərpası prosesini idarə edəcək.

Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzunu belə şərh edib:

“Bu məsələ Məhəmməd Salman ABŞ-a səfərindən öncə gündəlikdə idi. Belə etimad edilirdi ki, İran Prezidenti Məsud Pezeşkian şahzədəyə məktubunda İranla ABŞ arasında münasibətlərin normallaşması istiqamətində, diplomatik danışıqların aparılması üçün vasitəçilik etsin. Hətta yayılan məlumatlara görə, bunun İranın ali dini rəhbəri Xameneinin də xəbəri vardı.

Bugün isə belə bir informasiyanın ortaya çıxdığı bildirilir: Məhəmməd Salman ABŞ Prezidenti Donald Trampla İranla münasibətlərin normallaşmasında danışıqların başlanmasına vasitəçilik etməsi xahiş edilmişdir. Təbii ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlər hələ normallaşmadığından, Yəhudi Dövləti Baş naziri Benyamin Netanyahu bu vasitəçiliyə müəyyən mənada tərəfli yanaşa bilər.

Amma məlumdur ki, Məhəmməd Salman ABŞ-a səfərdən öncə belə fikirlər yayılırdı ki, ABŞ ilə İran arasında danışıqlarla bağlı vasitəçi dəyişəcək. Bunun Səudiyyə Ərəbistanı olacağı bildirilirdi.

Bundan başqa, İranın Xarici İşlər Naziri Abbas Əraqçının Fransaya səfəri və Fransa Xarici İşlər Naziri ilə Avropa üçlüyü çərçivəsində perspektivli, yaxud nəzərdə tutulmamış danışıqların başlanması ilə bağlı müzakirələrin aparılması da İran və ABŞ arasında diplomatik danışıqların vasitəçilərin iştirakı ilə başlanması ehtimalını artırır”.

Siyasi şərhçi qeyd edib ki, ABŞ ilə İran arasında danışıqlar üçün vasitəçi missiyasını Səudiyyə Ərəbistanı həyata keçirir, ola bilsin ki, İranla Avropa üçlüyü arasında isə Fransa bu rolu üzərinə götürür.

Sədrrəddin Soltanın fikrincə, Netanyahunun etirazları isə bu məsələyə ciddi təsir göstərməz.

“Hər halda, bu, İsrail hökumətinin mövqeyidir ki, İranla münasibətlərin Səudiyyə Ərəbistanı vasitəsilə, yəni onun razılığı olmayan, İsraili tanımayan və İsrail ilə diplomatik əlaqəsi olmayan bir dövlətin baş naziri fəaliyyəti ilə aparılmasına etiraz edir”,-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Noyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see278

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see264

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see251

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see195

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see169

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see165

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see134

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see134

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see133

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see132

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see131

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see130

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri