Icma.az
close
up
RU
ABŞ nin Dini Azadlıqlar Komissiyasının ittihamları əssasızdır RƏY

ABŞ nin Dini Azadlıqlar Komissiyasının ittihamları əssasızdır RƏY

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıqlar Komissiyası (USCIRF) növbəti hesabatında Azərbaycanda dini azadlıqların vəziyyəti barədə kəskin ittihamlarla çıxış edib.

Məsələ barədə Metbuat.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, birinci dəfə deyil ki, Azərbaycanla bağlı belə anti-hesabatlar təqdim edilib, müxtəlif iddialardan, ittihamlardan çıxış edirlər. Siyasi şərhçi qeyd edib ki, bu hesabatlar hazırlananda Amerika administrasiyasının Azərbaycan hakimiyyəti dövləti arasında olan münasibətlər nəzərə alınmır:

“Bir çox hallarda bu məsələ eyni ittihamlarla, eyni iddialarla gündəmə gətirilir. Bunun da səbəbləri var. Əsas səbəb odur ki, dini etiqad azadlığı ilə bağlı hesabatları hazırlayanlar eyni şəbəkəyə bağlıdırlar. Onların irəli sürdüyü ittihamlar isə həqiqətən də absurddur.

Azərbaycan dini etiqad azadlığının təmin edilməsi baxımından dünyada nadir ölkələrdən biridir. Burada tolerantlıq hər zaman mövcud olmuşdur. Azərbaycan həm regionda, həm də bütövlükdə müsəlman dünyasında ən nadir nümunələrdən biridir ki, burada nə məzhəb qarşıdurması var, nə də dini etiqad azadlığının pozulması faktı. Azərbaycan müsəlman dünyasında yeganə ölkələrdən biridir ki, burada həm sünni, həm də şiə birgə vəhdət namazı qılır. Bununla yanaşı, yəhudilər də daxil olmaqla bütün dini azlıqların hüquqları qorunur, ümumilikdə bütün dini etiqad azadlığı tam şəkildə təmin edilir. Bu hesabatlarda səsləndirilən iddiaların heç biri həqiqətə uyğun deyil, sadəcə ittihamlardır”.

Asif Nərimanlı hesab edir ki, bu hesabat regionla bağlı müəyyən planlardan qaynaqlana bilər. Onlar iddia edirlər ki, guya Azərbaycanda son həbslər dini etiqad azadlığına görə həyata keçirilib. Bu, tamamilə absurddur:

“Söhbət xüsusən Müsəlman Birliyi Hərəkatı ilə bağlı bir çox şəxsin həbsindən gedir. Onlar bunu etiqad azadlığı kimi təqdim edirlər. Halbuki reallıq tamamilə fərqlidir. Çünki həmin şəxslər açıq çıxışlarında Azərbaycanda konstitusiya quruluşunu devirmək və şəriət rejimi qurmaq istədiklərini bildirirdilər. Deməli, burada söhbət dini etiqad azadlığının pozulmasından yox, dini müstəvidə siyasi fəaliyyət göstərmək cəhdlərindən gedir.

Təbii ki, qanun buna icazə vermir. Azərbaycanda din dövlətdən ayrıdır və dini dövlət işlərinə qarışdırmaq cəhdləri qanunla qadağandır. Ən önəmli məqam da budur. Sual yaranır: necə olur ki, Amerikada hər hansı bir qurum İrana bağlı şəbəkənin müdafiəsini təşkil edir? Bu, xüsusilə diqqətçəkəndir. Çünki Amerika İran rejiminə qarşı düşmən mövqe sərgiləyir. Məntiqlə onların İrana bağlı dairələrin Azərbaycanda konstitusiya quruluşunu devirməyə yönəlmiş planlarını müdafiə etməsi mümkün olmamalıdır. Demokratiyanın inkişafını dəstəklədiyini bəyan edən Amerika üçün bu yanaşma qəbuledilməzdir. Bu baxımdan, Amerikada dini etiqadla bağlı hesabatlar hazırlayan qurumun da məhz bu məqamlara diqqət yetirməsi vacibdir”.

Belə hesabatların daha əvvəl, Bayden administrasiyası dövründə müşahidə edildiyini diqqətə çatdıran Asif Nərimanlı qeyd edib ki, oxşar hesabatlar Tramp administrasiyası dövründə -ilk dəfə 2018-ci ildə gündəmə gətirilib. Məhz o vaxtdan etibarən Amerikadakı bu qurum Azərbaycanda konstitusiya quruluşunu devirməyə çalışan şəxslərin həbslərini dini etiqad azadlığının pozulması kimi təqdim etməyə başlayıb:

“Deməli, məsələ konkret administrasiyalarla bağlı deyil. Həm Tramp, həm də Bayden dövrlərində eyni xətt davam etdirilib. Bu isə göstərir ki, Amerikada müəyyən dairələrin regionla bağlı xüsusi planları mövcuddur və İrana bağlı şəxslərin müdafiəsi Azərbaycanda dini müxalifətin, dini-siyasi fəaliyyətin və dini-siyasi hərəkatların dəstəklənməsinə hesablanıb.

Bu proses yeni deyil. 1990-cı illərdən sonra Qərb təşkilatları Azərbaycanda İslamın siyasiləşməsi üzərində araşdırmalar aparır, müəyyən planlar hazırlayırdılar. Bu baxımdan, indiki yanaşmanı da həmin xəttin davamı kimi qiymətləndirmək olar. Başqa sözlə, Azərbaycanda konstitusiya quruluşunu devirməyə çalışan şəxslərin dini inanc adı altında fəaliyyət göstərməsini müdafiə etmək və bunu guya dini etiqad azadlığının pozulması kimi təqdim etmək həmin planın bir hissəsidir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri