Icma.az
close
up
RU
Netanyahunun masasındakı plan ortaya çıxdı: Türkiyə ilə müharibəyə hazır olaq!

Netanyahunun masasındakı plan ortaya çıxdı: Türkiyə ilə müharibəyə hazır olaq!

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

İsrailin baş naziri Benyamin Netanyahunun göstərişi ilə yaradılan Nagel Komitəsi Təl-Əviv rəhbərliyinə yeni hesabat təqdim edib. Hesabatda Türkiyə ilə “mümkün müharibə” üçün hazırlıqların görülməsi təklif edilirdi.

Sherg.az  “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, Nagel Komitəsinin müdafiə büdcəsi və təhlükəsizlik strategiyası ilə bağlı son hesabatında Təl-Əviv rəhbərliyinin Türkiyə ilə birbaşa münaqişəyə hazır olması təklif edilib, Müdafiə Naziri Yisrael Katz və Maliyyə Naziri Bezalel Smotrichə təqdim edilən hesabatda Türkiyənin Osmanlı dövründən təsirini bərpa etmək ambisiyası ilə hərəkət etdiyi və müzakirə mövzusu olan vəziyyətin İsraillə gərginliyin artmasına səbəb ola biləcəyi iddia edilir. 

Hesabatda suriyalı müxalif qrupların Türkiyə ilə ittifaq qurması və İsrailin təhlükəsizliyinə yeni və güclü təhdid yarada bilməsi riskinin mövcud olduğu vurğulanır və əlavə edilir ki, “Suriyadan gələn təhlükə İrandan gələn təhlükədən daha təhlükəli ola bilər”. Nagel Komitəsinin hazırladığı hesabatda “Türkiyənin yaratdığı çağırışların” və digər regional təhlükələrin öhdəsindən gəlmək üçün növbəti beş il ərzində müdafiə büdcəsinin hər il 15 milyard şekelə qədər (təxminən 4,14 milyard dollar) artırılması tövsiyə edilib. Netanyahu, "Yaxın Şərqdə köklü dəyişikliklərin şahidi oluruq. İran uzun müddətdir bizim ən böyük təhdidimizdir, lakin yeni güclər arenaya girir və biz gözlənilməz vəziyyətlərə hazır olmalıyıq. Bu hesabat bizə İsrailin gələcəyini təmin etmək üçün bir yol xəritəsi təqdim edir." O, Türkiyə ilə mümkün qarşıdurmaya hazırlıq üçün hərbi imkanların gücləndirilməsinin vacibliyini irəli sürən ifadələrdən istifadə edərək, İsrailin uzun müddətdir ki, güclənməsi üçün əlavə F-15 qırıcıları, yanacaq dolduran təyyarələr, pilotsuz uçuş aparatları və peyklər alması lazım olduğunu vurğulayıb. Hesabatda qısaca olaraq vurğulanıb ki, orta mənzilli Dəmir Günbəz, ABŞ ilə birlikdə istehsal edilən orta uzun mənzilli David's Sling, Arrow sistemləri və Iron Beam lazer kimi hava hücumundan müdafiə sistemlərinin imkanları gözdən keçirilir. Əsaslı raketdən müdafiə sisteminin təkmilləşdirilməsi lazım olduğu ifadə edilən hesabatda, İordaniya ilə ola biləcək diplomatik nəticələrə baxmayaraq, İsrailin İordaniya Vadisi boyunca möhkəmləndirilmiş bir təhlükəsizlik baryerinin inşa edilməsinin ölkənin müdafiə strategiyasında əhəmiyyətli bir dəyişikliyə səbəb olacağı da ifadə edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Yanvar 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri