Icma.az
close
up
RU
Netanyahunun masasındakı şok plan : İranı 4 yerə bölür İDDİA

Netanyahunun masasındakı şok plan : İranı 4 yerə bölür İDDİA

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin 4 yerə bölünmüş İran layihəsi var.

Modern.az xəbər verir ki, bu barədə xarici KİV-də məqalə yayımlanıb.

Məqalədə qeyd edilir ki, ABŞ mərkəzli beyin mərkəzləri və Avropa Parlamentindəki bəzi simalar İranın etnik baxımdan parçalanmasını irəli sürən layihəni dəstəkləyir.

Vaşinqtonda yerləşən “Foundation for Defense and Democracies” (FDD) beyin mərkəzi İranın çoxmillətli quruluşunu zəif nöqtə kimi dəyərləndirib və xüsusilə də, kürd və bəluc regionlarında separatçı hərəkatları qızışdırılmasının önəmini diqqətə çatdırıb.

İsrailin planına dəstək

ABŞ-də öndə gedən “Quincy” institutunun mənbələrinə görə, Qərb İran üzrə atəşlə oynayır. İnstitutun əldə etdiyi məlumatlara görə, İsrailin Baş naziri Bünyamin Netanyahunun masasında gizli bir plan var. Planda İranın parçalanması üçün sünni, kürd və bəluc bölgələrinin təhlükəsizliyinə qarantiya verilməsi və müstəqillik üçün təşviq edilməsi öz əksini tapır.

Avropa parlamentində təşkil olunan “İranın gələcəyi” adlı toplantıya yalnız bu ölkənin Bəluci və Ahvaz (ərəb) bölgələrindən separatçı çıxışçıların dəvət olunması Avropa İttifaqındakı bəzi dairələrin də parçalanma senarisini ciddiyə aldığını ortaya qoyur.


Plan İran reallığından uzaqdır

Lakin kəşfiyyat ekspertləri İranın Suriya və ya keçmiş Yuqoslaviya kimi asanlıqla dağılacaq ölkə olmadığını, təqribən 90 milyon əhali, köklü tarixə sahib və milli kimliyə malik ölkə kimi dəyərləndirir.
“Los Anceles Times”də məqalə ilə çıxış edən İran üzrə ekspert, akademik Şervin Malikzadə İranda siyasətin min ildir ki, fasiləsiz olaraq milli kimlik şüuru əytrafında fomralaşdığını bildirib. O, Qərbin parçalanma istəyinin real olmadığını qeyd edib.

Kəşfiyyat mənbələri İsrailin hücumlarının ardından İranın şimalında separatçı meyillərin yox, “bayraq altında birləşmə” hissinin gücləndiyini bildirib. İranın ali lideri Əli Xamenei və Prezident Məsud Pezeşkianın azərbaycanlı əsilli olması və türk toplumunun dövlət mexanizminə inteqrasiya olduğunun ən mühüm göstəricisi kimi önə çəkilib.

Region üçün fəlakət

Kəşfiyyatçılar İsrailin planının reallıqdan uzaq olduğunu və İranın bölünməsinin ABŞ-nin regiondakı müttəfiqlərini də təhlükəyə atacağını ifadə ediblər. Türkiyənin İrandakı kürd separatçıları öz torpaqlarındakı PKK problemi ilə əlaqədar olaraq qətiyyən qəbul etməyəcəyi qeyd edilib. Həmçinin Pakistan Bəluci regionunda illərdir davam edən separatçılığa görə İran Bəlucistanında baş verəcək üsyanı milli təhlükəsizliyinə təhdid kimi görür. Hindistan həmçinin İrandakı qeyri-stabilliyin Çabhar limanı üzərindən Əfqanıstan və Mərkəzi Asiya ilə kommunikasiyanı təhlükəyə atacağını düşünür. Ekspertlərə görə, İranı bölmə cəhdləri Rusiya və Çini daha sıx anti-Qərb ittifaqına məcbur edəcək.

Avropanı gözləyən risk

Ekspertlər onu da vurğulayıb ki, İranın bölünməsi Suriyadakından daha böyük qaçqın dalğası yarada bilər. Bu da Avropanı yeni bir immiqrasiya krizisi ilə üz-üzə qoyacaq. Ekspertlər həmçinin vurğulayırlar ki, bu, həm də Hörmüz boğazında kirizisə səbəb olacaq və İran neftini dünyaya daşıyan rotasiyalar bağlanacaq. Beləliklə də Avropa iqtisadiyyatı ağır zərbə alacaq.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 İyul 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri