Icma.az
close
up
RU
“Netanyahunun Qəzzanın işğal planı bölgəni uçuruma aparır“ “Axios“

“Netanyahunun Qəzzanın işğal planı bölgəni uçuruma aparır“ “Axios“

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Netanyahu özünün siyasi maraqları naminə övladlarımızı qurban verməyə hazırdır..."

İsrail ordusu sentyabrın 15-dən 16-na keçən gecə Qəzza şəhərinə qarşı genişmiqyaslı quru əməliyyata başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə "axios.com" nəşri yazıb.

Yeni hücum dalğası və Qəzzada böhran

Əvvəlcə İsrail Hərbi Hava Qüvvələri şəhərə güclü aviazərbələr endirib, ardınca tank kolonları Qəzzaya daxil olub. Müdafiə naziri İsrael Kats əməliyyatı "dəmir yumruq" adlandıraraq, məqsədin HƏMAS-ın "terror infrastrukturunu" tamamilə məhv etmək və girovların azad olunması üçün şərait yaratmaq olduğunu bildirib. Kats vurğulayıb ki, hərbçilər cəsarətlə döyüşərək girovların təhlükəsiz çıxarılması və HƏMAS-ın məhv edilməsinə şərait yaradır.

Son günlərdə onlarla çoxmərtəbəli bina bombalanıb, təxminən 300 min nəfər Qəzzanı tərk edərək cənuba, İsrailin "humanitar zona" adlandırdığı ərazilərə sığınmağa məcbur olub. Bununla belə, HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi bildirir ki, ötən ilin oktyabrından bəri İsrailin hücumları nəticəsində 65 minə yaxın fələstinli həlak olub, onların çoxu qadın və uşaqlardır. Yüz minlərlə adam yaralanıb, şəhərdə humanitar böhran daha da dərinləşib.

ABŞ-İsrail danışıqları və Trampın mövqeyi

Əməliyyat Netanyahunun və İsrail hökumətinin yüksək rəsmiləri ilə ABŞ Dövlət katibi Marko Rubionun görüşündən bir neçə saat sonra başlayıb. "Axios"-un məlumatına görə, Rubio Netanyahuya prezident Donald Trampın quru əməliyyatını dəstəklədiyini, lakin onun tez başa çatmasını istədiyini bildirib. ABŞ rəsmilərindən biri isə vurğulayıb:

"Bu, Trampın müharibəsi deyil, Netanyahunun  müharibəsidir. O, nəticələrə görə məsuliyyət daşıyacaq". Tramp HƏMAS-ı sərt şəkildə xəbərdar edib. Onun sözlərinə görə, israilli girovlardan "canlı sipər" kimi istifadə olunarsa, bu, "insanlığa qarşı görünməmiş cinayət" olacaq. ABŞ prezidenti terrorçuları girovları dərhal azad etməyə çağırıb və "əks halda hər şey itiriləcək" deyə xəbərdarlıq edib.

İsrail daxilində narahatlıqlar

Əməliyyata dair ən böyük mübahisə isə elə İsrailin özündədir. "Mossad", hərbi kəşfiyyat və təhlükəsizlik xidmətlərinin rəhbərləri Netanyahunu bu addımdan çəkindirməyə çalışıblar. Onların fikrincə, Qəzzanın tam işğalı israilli girovların həyatını təhlükəyə atır, İsrail ordusu üçün böyük itkilərə səbəb ola bilər, HƏMAS-ın tam məhv edilməsini çətinləşdirir, İsraili 2 milyon əhalinin üzərində hərbi idarəçilik tətbiq etməyə məcbur edir.

Hətta girovların ailələrini təmsil edən Forum da bəyanatla çıxış edərək, Netanyahunun siyasi maraqlar naminə onların övladlarını qurban verdiyini bildirib. Forumun sözlərinə görə, əməliyyat nəticəsində girovların həyatı üçün real təhlükə yaranır və son gecə onlar üçün həyati risk daşıyır.

Qarşıda nə gözlənilir?

Netanyahunun "son döyüş" kimi təqdim etdiyi Qəzza əməliyyatı bölgədə humanitar böhranı daha da dərinləşdirib. ABŞ-ın dəstəyinə baxmayaraq, əməliyyatın nəticələri həm İsrail, həm də bütün Yaxın Şərq üçün böyük risklər daşıyır. Hazırkı gedişat göstərir ki, nə HƏMAS, nə də İsrail geri çəkilməyə hazır deyil və Qəzza ətrafında müharibənin ən ağır mərhələsi hələ qarşıdadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Sentyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri