İsrail ordusu Qəzzanın işğal planını təsdiqlədi
Axar.az saytına istinadən Icma.az xəbər verir.
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Qəzzaya hücum planlarını təsdiq edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“Zamir bir sıra hərbi komandirlərin və kəşfiyyat xidmətlərinin nümayəndələrinin iştirakı ilə əməliyyat müşavirəsi keçirib və o, ordunun Qəzzada fəaliyyət planının ümumi çərçivəsini təsdiqləyib”, - məlumatda qeyd olunub.
Məlumata görə, Qəzzada əməliyyatın sonrakı mərhələləri üçün planın mərkəzi konsepsiyası İsrail siyasi rəhbərliyinin göstərişlərinə uyğun olaraq təqdim və təsdiq edilib.
Baş Qərargah rəisi qoşunların hazırlığının artırılmasının və ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırışına hazırlığın vacibliyini vurğulayıb.
Qeyd edək ki, avqustun 8-də İsrailin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahunun Qəzzanın bütün ərazisinə nəzarəti ələ keçirmək üçün təklif etdiyi planı təsdiqləmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 13 Avqust 2025 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















