Icma.az
close
up
RU
“Netanyahunun Vaşinqton səfəri: İran razılaşması əsas gündəmdir“ “Vesty“

“Netanyahunun Vaşinqton səfəri: İran razılaşması əsas gündəmdir“ “Vesty“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İsrail baş naziri Tramp ilə görüşdə danışıqların çərçivəsini genişləndirməyə çalışacaq..."

İsrailin baş naziri Benyamin Netanyahu fevralın 11-nə keçən gecə Vaşinqtona gəlib. O, səfərə ABŞ prezidenti Donald Tramp administrasiyasının əsas nümayəndələri ilə görüşlə başlayıb. 

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

Nəşr yazır ki, səfərin əsas mövzusu ABŞ-la İran arasında aparılan danışıqlar və mümkün razılaşmanın yalnız nüvə proqramı ilə məhdudlaşmaması məsələsidir.

Ağ Evdə əsas görüş və İran məsələsi

Netanyahu ABŞ-a minimal nümayəndə heyəti ilə gəlib və səfər 48 saatdan az davam edəcək. Onun Tramp ilə əsas görüşünün fevralın 11-də Ağ Evdə keçirilməsi planlaşdırılır. Bu, Trampın yenidən prezident olmasından sonra onların yeddinci görüşü olacaq. 

Məlumata görə, danışıqlar işçi formatda aparılacaq, mətbuat üçün açıq hissə nəzərdə tutulmur.
Baş nazir səfərdən əvvəl bildirib ki, Qəzza və regional vəziyyət müzakirə olunsa da, prioritet məsələ İranla bağlı danışıqlardır. O, Trampa İsrailin təhlükəsizlik prinsiplərini təqdim edəcəyini vurğulayıb.

İsraildə narahatlıq var ki, ABŞ-İran razılaşması Təl-Əvivin İrana qarşı hərbi fəaliyyət azadlığını faktiki şəkildə məhdudlaşdıra bilər. Netanyahu Tramp ilə görüşdə İsrailin mümkün razılaşma şəraitində belə hərbi manevr imkanlarını qorumasının vacibliyini qabartmaq niyyətindədir.

Raketlər, proksilər və mümkün hərbi ssenari

İsrail hesab edir ki, danışıqlara yalnız nüvə proqramı deyil, həm də iki mühüm istiqamət daxil edilməlidir: İranın ballistik raket proqramı və regiondakı proksi qüvvələrə dəstəyi. Təl-Əviv üç prinsipin razılaşmada əks olunmasını istəyir: İran ərazisində uranın sıfır zənginləşdirilməsi, 300 km-dən artıq məsafəyə malik raketlərin olmaması və proksi strukturlara yardımın dayandırılması.

Eyni zamanda İsraildə belə bir ehtimal da nəzərdən keçirilir ki, danışıqlar uğursuzluqla nəticələnə və regionda hərbi qarşıdurma qaçılmaz ola bilər. ABŞ-ın bölgədə hərbi mövcudluğu artırması bu ssenarinin də masada olduğunu göstərir. Əgər regiondakı hadisələr mane olmazsa, Netanyahu yaxın günlərdə yenidən ABŞ-a səfər etməyi planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Fevral 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri