Icma.az
close
up
RU
Netanyahunun Vaşinqton səfəri: ABŞ İsrail ittifaqında yeni razılaşma

Netanyahunun Vaşinqton səfəri: ABŞ İsrail ittifaqında yeni razılaşma

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailin Baş naziri Benyamin Netanyahunun iyulun 18-də ABŞ-yə səfəri planlaşdırılıb. Bu səfər Yaxın Şərqdə hərbi-siyasi gərginliyin yenidən yüksəldiyi bir dövrə təsadüf edir.

İsrail rəsmilərinin açıqlamalarına görə, Netanyahu ABŞ-də mərhum respublikaçı senator Lindsi Qremin xatirəsinə təşkil olunan mərasimlərdə iştirak etməyi və Prezident Donald Trampla görüşçəyi planlaşdırır. Bununla belə, son məlumatlarda səfər təsdiqlənsə də, Trampla görüşün proqramının hələ tam rəsmiləşmədiyi bildirilir.

Lindsi Qrem ABŞ Konqresində İsrailin ən ardıcıl müdafiəçilərindən, İran əleyhinə sərt siyasətin və İsrailə hərbi yardımın əsas tərəfdarlarından biri hesab olunurdu. Onun vəfatı Respublikaçılar Partiyasının Senatdakı mövqeyinə də təsir göstərərək partiyanın çoxluğunu 51 yerə endirib. 

Səfərin gündəliyi yalnız senator Qremin dəfn və anım mərasimləri ilə məhdudlaşmır. ABŞ və İsrail İranla qarşıdurmanın növbəti mərhələsi, Fars körfəzində təhlükəsizlik, Qəzzadakı vəziyyət, Livan və Suriyada İsrail qüvvələrinin fəaliyyəti, eləcə də Türkiyənin regional roluna dair fərqli yanaşmaları uzlaşdırmağa çalışırlar. Son günlər Donald Trampın Netanyahudan İsrail qüvvələrinin Suriyadan çıxarılmasına başlamasını və Livanda razılaşdırılmış geriçəkilmələri həyata keçirməsini istədiyi barədə məlumatlar yayılıb.  Eyni zamanda, ABŞ-nin İrana qarşı yeni zərbələri, Tehranın körfəz ölkələrini hədəfə alması və Hörmüz boğazı ətrafındakı gərginlik Vaşinqton–Təl-Əviv koordinasiyasını daha da vacib edir.

İsrail daxilində isə hərbi xidmətlə bağlı qəbul edilən mübahisəli qanunlar və qarşıdakı seçkilər Netanyahu hökumətinin xarici siyasət qərarlarına daxili siyasi hesablamaların da təsir göstərdiyini nümayiş etdirir.  

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Züriyə Qarayeva bildirib ki, bu səfər ilk növbədə ABŞ-İsrail münasibətlərində mövcud fikir ayrılıqlarının birbaşa liderlər səviyyəsində idarə olunmasına xidmət edə bilər. Onun sözlərinə görə, Tramp və Netanyahu İranın regional təsirinin zəiflədilməsi məsələsində ümumi mövqeyə malik olsalar da, hərbi əməliyyatların miqyası və nə vaxt dayandırılması ilə bağlı yanaşmaları tam üst-üstə düşmür:

“ABŞ administrasiyası sürətli siyasi nəticə və uzunmüddətli müharibədən çıxış yolu axtarır, Netanyahu isə İsrailin təhlükəsizlik təhdidləri aradan qalxmayınca hərbi təzyiqin davam etməsini istəyir. Görüş zamanı tərəflər İranın nüvə proqramı, raket imkanları və Tehranla mümkün yeni razılaşmanın şərtlərini müzakirə edə bilərlər. Vaşinqton İsrailə təhlükəsizlik təminatlarını saxlayaraq, eyni zamanda onu Suriyada, Livanda və Qəzzada daha ölçülü davranmağa çağırmağa çalışacaq. Buna görə də səfərin əsas nəticəsi yeni böyük sazişdən daha çox, qarşıdakı mərhələ üçün ortaq hərəkət çərçivəsinin müəyyənləşdirilməsi ola bilər”.

Müsahibimiz bildirib ki, İran məsələsi görüşün ən mühüm və ən həssas istiqaməti olacaq. Netanyahu hesab edir ki, İranın nüvə və raket infrastrukturu tam nəzarət altına alınmadan İsrail üçün strateji təhlükə aradan qalxmış sayılmamalıdır. İsrail rəhbərliyi Tehrana qarşı əlavə hərbi əməliyyatlar üçün ABŞ-dən siyasi, kəşfiyyat və logistika dəstəyi almağa çalışa bilər. Tramp administrasiyası isə hərbi təzyiqi danışıqlarda üstünlük vasitəsi kimi istifadə etsə də, ABŞ-ni uzunmüddətli regional müharibəyə bağlamaq istəməyə bilər. Dediyinə görə, bu fərq Netanyahu ilə Tramp arasında İranın necə və hansı vasitələrlə cilovlanması məsələsində müəyyən taktiki gərginlik yaradır. Görüşdən sonra İrana qarşı yeni sanksiyalar, dəniz təhlükəsizliyinin gücləndirilməsi və mümkün hücumlara birgə cavab mexanizmləri barədə qərarların açıqlanması istisna edilmir.

Züriyə Qarayeva:  Netanyahu səfər çərçivəsində İsrailpərəst siyasi dairələrlə ayrıca təmaslar qurmağa çalışa bilər

“Qəzza, Livan və Suriya məsələlərində tərəflərin mövqeləri arasında hansı fərqlər mövcuddur” sualını cavablandıran həmsöhbətimiz qeyd edib ki, Qəzza məsələsində ABŞ girovların azad edilməsi, humanitar yardımın genişləndirilməsi və davamlı atəşkəs mexanizminin qurulmasını ön plana çıxarır. Onun bildirdiyinə görə, Netanyahu hökuməti isə HƏMAS-ın hərbi və siyasi imkanları tamamilə aradan qaldırılmadan müharibənin başa çatmasının İsrail üçün yeni təhlükə yaradacağını bildirir. Livanda Vaşinqton “Hizbullah”ın tərksilahı və İsrail qüvvələrinin razılaşdırılmış ərazilərdən mərhələli çıxarılması əsasında siyasi model formalaşdırmağa çalışır. Suriyada isə Tramp administrasiyası İsrailin geniş hərbi mövcudluğunun yeni Suriya hakimiyyəti ilə münasibətləri və regional sabitliyi poza biləcəyindən narahatdır. Netanyahu bu istiqamətlərdə güzəştlərə getmək üçün ABŞ-dən daha güclü təhlükəsizlik zəmanətləri və İran qüvvələrinin regiona qayıtmayacağına dair konkret təminatlar tələb edə bilər. Beləliklə, görüşün əsas mübahisəsi İsrailin təhlükəsizlik tələbləri ilə ABŞ-nin regional sabitlik və diplomatik normallaşma planları arasında balansın necə qurulması olacaq.

Z.Qarayeva deyib ki, Lindsi Qremin dəfn mərasimində iştirak səfərə həm şəxsi, həm də simvolik siyasi məna verir:

“Qrem uzun illər İsrailin təhlükəsizliyini ABŞ-nin milli maraqlarının bir hissəsi kimi təqdim edən ən fəal senatorlardan biri olub. Netanyahu mərasimdə iştirak etməklə yalnız mərhum senatora ehtiramını deyil, Respublikaçılar Partiyası ilə uzunmüddətli əlaqələrin davam etdirilməsinə verdiyi əhəmiyyəti də nümayiş etdirəcək. Senatorun vəfatı ABŞ Senatındakı qüvvələr nisbətinə təsir göstərdiyindən, İsrail üçün Konqresdə yeni siyasi dayaqların formalaşdırılması məsələsi də aktuallaşır”.

Politoloq bildirib ki, Netanyahu səfər çərçivəsində respublikaçı senatorlarla, administrasiya rəsmiləri və İsrailpərəst siyasi dairələrlə ayrıca təmaslar qurmağa çalışa bilər. Bu baxımdan səfər təkcə Tramp–Netanyahu görüşü deyil, İsrailin Vaşinqtondakı siyasi təsir şəbəkəsini yenidən möhkəmləndirmək cəhdi kimi də qiymətləndirilə bilər.

Zülfü Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 İyul 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri