Nəticə ədalətlidir, Liverpul qələbəni haqq edirdi Karlo Ançelotti
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda səfərdə "Liverpul"a məğlub olan (0:2) "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Mundo Deportivo" belə çatdırıb:
"Bu, mürəkkəb oyun idi. Belə olacağı əvvəldən bəlli idi. "Liverpul"un stadionunun əla dinamikası var. Məncə, rəqib komandalar üçün Avropanın ən arzuolunmaz stadionudur. Biz mübarizə apardıq, döyüşdük. Penaltiyə qədər ritmdən qopmadıq, sonra bir qədər səviyyəni aşağı saldıq. İlk yarıda çox yaxşı müdafiə olunduq. Lakin əks-hücumlardan daha yaxşı istifadə edə bilərdik. İki-üç belə şansımız oldu.
Avropanın ən çətin rəqibinə qarşı layiqli mübarizə apardıq. Komandamın çıxışı xoşuma gəldi. Nəticə ədalətlidir. İntensivlik və dinamika baxımından "Liverpul" qələbəni haqq edirdi. Biz isə layiqli mübarizə apardıq".
Qeyd edək ki, "Real" Çempionlar Liqasının turnir cədvəlində 6 xalla 24-cü, "Liverpul" isə 15 xalla 1-ci yerdədir.
Nihat
Baxış sayı:96
Bu xəbər 28 Noyabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















