Icma.az
close
up
RU
“Nəticəni görəndə şoka düşdüm” Sertifikasiyada 60 bal toplayan müəllim

“Nəticəni görəndə şoka düşdüm” Sertifikasiyada 60 bal toplayan müəllim

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü başlayıb.
Sertifikasiyanın ikinci günündə maksimum 60 bal toplayan müəllimlərdən biri də Tovuz rayon Dondar Quşçu kənd tam orta məktəbinin Təsviri incəsənət müəllimi Mirzəyeva Şərabanıdır.

Redaktor.az xəbər verir ki, bu münasibətlə azedu.az həmin müəllimlə həmsöhbət olub. 
O qeyd edib ki, imtahandan maksimum bal toplamaq onun üçün gözlənilməz olub:  
“Sertifikasiya imtahanından 60 - maksimum balı toplamaq mənim üçün də gözlənilməz oldu, böyük bir sürpriz yaşayıram. Doğrusu, nəticəni görəndə çox həyəcanlandım.

İmtahanın çətinlik dərəcəsini orta qiymətləndirirəm. Hazırlıq prosesinə gəlincə, əlavə kömək alsam da, əsasən özüm hazırlaşmışam. İmtahana hazırlaşarkən özümü çox yoracaq dərəcədə deyil, orta səviyyədə, amma tamamilə sistemli şəkildə çalışırdım. Oxumağı, qaydaları təkrar etməyi diqqətdən kənar qoymurdum və hər gün ən azı müəyyən qədər vaxt ayırıb məlumatları oxumağa çalışırdım”.
İmtahanlar müəllimlərdə daha çox məsuliyyət hissi formalaşdırır:
“Uğur qazanmaq, yüksək bal toplamaq istəyən həmkarlarıma da məhz bunu tövsiyə edirəm: qaydaları diqqətlə oxumağa vaxt ayırsınlar və sistemli çalışsınlar. İmtahanda keçid balını toplaya bilməyən müəllimlərdə isə düşünürəm ki, əsas səbəb həyəcan faktorudur. Həyəcan mənfi təsir edir və çətinlik yaradır.

Ümumilikdə, sertifikasiya imtahanlarının keçirilməsini çox müsbət qiymətləndirirəm. Bu proses sayəsində müəllim hər daim öz üzərində işləyir, özünü yeniləyir və oxuyur.

Növbəti mərhələ olan müsahibəyə gəlincə, hələ ki tam bir şey deyə bilmərəm, həm də bir az həyəcanlıyam. Hər şey qismətdir, inşallah, o mərhələ də yaxşı olar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyun 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri