Icma.az
close
up
RU
Sertifikasiyada yüksək bal toplayan müəllim: Məktəbdə işləyirsənsə, imtahandan kəsilmək qeyri mümkündür

Sertifikasiyada yüksək bal toplayan müəllim: Məktəbdə işləyirsənsə, imtahandan kəsilmək qeyri mümkündür

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən gün - iyunun 25-də keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesində Goranboy rayonunun Veyisli kəndində yerləşən Kəlbəcər rayon 77 saylı tam orta məktəbin gənc müəllimi Sevinc Vəliyeva biologiya fənnindən 58 bal toplayaraq Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ən yüksək nəticə göstərən müəllimlərdən biri olub.

Sevinc müəllim sevincini Redaktor.az-la bölüşüb.

Goranboy şəhər sakini olan uğurlu müəllim ali məktəbi bitirdikdən sonra ucqar kənd məktəblərində işləyib. 2018-ci ildə isə müəllimlərin işə qəbulu (MİQ) imtahanı vasitəsilə Veyisli kəndindəki orta məktəbə işə qəbul olub və 7 ildir həmin məktəbdə çalışır. 16 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olan Sevinc müəllim hətta 2022-ci ildə MİQ imtahanında yüksək bal toplayaraq Bakı şəhərindəki məktəblərdən birində biologiya fənni vakansiyası üzrə uğur qazansa da, son anda Bakıya köçmək fikrindən daşınıb və əvvəl qəbul olduğu məktəbdə fəaliyyətini davam etdirib.

O, qeyd etdi ki, özü yüksək səviyyəli MİQ, sertifikasiya hazırlıqları ilə də məşğuldur və hətta yüksək nəticə göstərən müəllimləri də olub:

"Dünənki imtahan məncə bilən üçün asan idi. Baxır imtahana necə hazırlaşıbsız. Mənim üçün düşündürücü suallar da var idi. 50 dəqiqədə artıq bitirmişdim. Həyacan yox idi. Bir an öncə nəticəmi bilmək istəyirdim. Düşünürdüm ki, ixtisas 50 olacaq, bir-iki kurikulum yazacam. Çünki kurikulumdan heç hazırlaşmamışdım. Çünki ona vaxtim olmamışdı. Nəticəmin 58 olduğunu görəndə çox sevindim. Mən imtahanda bunu gördum: əgər məktəbdə müəllim işləyirsənsə, bu imtahandan kəsilmək qeyri-mümkündür. Çünki kurikulum belə hazırlaşmadan məntiqlə yazmaq olurdu. Orada düşən nəzəriyyələr belə sənin məntiqin altında olan suallar idi". 

Sevinc müəllim deyir ki, peşəsini layiqincə yerinə yetirən müəllim imtahanda yüksək nəticə göstərməli idi.

"Şükürlər olsun ki, mən bunu bacardım. Çünki peşəmi sevərək layiqincə tədris edirəm, şagirdlərimi sevirəm, ixtisasımı da sevdirməyi bacarmışam. Bundan sonra daha həvəslə, daha yüksək addımlarla uğura doğru addımlayacam. Həqiqətən də savadlı gənclərə və savadlı kadrlara qiymət verilir", - deyə o, fikrini tamamladı.

Turan İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 İyun 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see357

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see239

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see203

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see190

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see180

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see177

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see161

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see158

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see152

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see134

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see131

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri