Nəvələrlə ünsiyyət beynin gənc qalmasına kömək edir
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tədqiqatlar göstərir ki, nənə və baba olmaq beyin üçün faydalıdır və düşüncə ilə yaddaşın zəifləməsinin qarşısını ala bilər. Alimlər müəyyən ediblər ki, nəvələrinə qulluq edən nənə və babalar, bunu etməyənlərlə müqayisədə daha yaxşı kognitiv (idrak) göstəricilər nümayiş etdirirlər. Xüsusilə də nənələrdə adətən nəvələrlə daha çox maraqlandıqları üçün zehni zəifləmənin daha yavaş getdiyi müşahidə olunub.
Lent.az xəbər verir ki, tədqiqatçılar 2016-2022-ci illər arasında sorğuda iştirak edən və üç dəfə kognitiv testlərdən keçən 2887 nənə və baba haqqında məlumatlardan istifadə ediblər. Sorğuda iştirakçılardan son bir il ərzində nəvələrinə baxıb-baxmadıqları və bunu nə qədər tez-tez etdikləri soruşulub.
Nənə və babalar göstərdikləri qayğı növlərini də ətraflı izah ediblər. Bunlara nəvələrin gecələməsi, xəstə olduqları zaman onlara baxmaq, onlarla oyun oynamaq, ev tapşırıqlarında kömək etmək, məktəbə və digər tədbirlərə aparmaq, həmçinin yemək hazırlamaq kimi fəaliyyətlər daxil olub. Ümumilikdə araşdırma göstərib ki, uşaqlara qulluq edən nənə və babalar həm yaddaş, həm də şifahi sürət testlərində daha yüksək nəticələr əldə ediblər.
Bu üstünlük göstərilən qayğının həcmindən asılı olmayaraq müşahidə olunub. Xüsusilə xəstə nəvələrinə baxan nənələrdə zaman keçdikcə kognitiv geriləmənin daha az olduğu qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 30 Yanvar 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















