Icma.az
close
up
RU
“Nəyə görə sadəcə stadion yaşıl görünsün, insanlara xoş gəlsin deyə büdcəni boş boşuna xərcləyək”

“Nəyə görə sadəcə stadion yaşıl görünsün, insanlara xoş gəlsin deyə büdcəni boş boşuna xərcləyək”

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bir neçə gün əvvəl Bakı Olimpiya Stadionunun son vəziyyəti barədə “Facebook” sosial şəbəkəsində “Qarabağ Football Club” səhifəsində paylaşım edilib. Paylaşımda stadionun ot örtüyünün tamamilə sıradan çıxdığı və yararsız olduğu açıq-aydın görünür. Qeyd edək ki, bu səhifə "Qarabağ" Futbol Klubunun rəsmi səhifəsi deyil və təmsilçi statusu daşımır.Bakı Olimpiya Stadionunun ot örtüyünün sonuncu dəfə dəyişdirilməsi nə zaman həyata keçirilib?Hal-hazırda ot örtüyünün bərpası və ya yenilənməsi ilə bağlı hər hansı bir tədbirlər görülürmü?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Bakı Olimpiya Stadionunun (BOS) mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə bildirib ki, stadionda futbolla bağlı cədvəl və ya hansısa müraciət daxil olmadığı üçün ot örtüyü bərpa edilməyib: “Ot örtüyü mütəmadi dəyişdirilən bir şey deyil, sadəcə renovasiya olunur. Ot örtüyünün bu vəziyyətdə olmasının səbəbinə gəldikdə deyə bilərəm ki, avqust ayında “Qarabağ” Futbol Klubu Çempionlar Liqasına çıxanda oyunların Tofiq Bəhramov adına stadionunda oynanacağı məlum oldu. Ötən il baş tutan COP 29 tədbirindən sonra və onun de montaj işlərinin yekunlaşması bu ilin mart-aprel aylarına təsadüf edirdi. Ondan sonra təbii ki, ot örtüyünü bərpa edə bilərdik. Amma qarşımızda heç bir futbol oyunu yox idi, əvəzində isə iyul ayında “Castin Timberleyk”in (Justin Timberlake) konseti var idi. Yəni konsertdən sonra yenidən ot örtüyünün yararsız hala düşəcəyini nəzərə alıb biz o ot örtüyünü bərpa etmədik. Nəyə görə sadəcə stadion yaşıl görünsün, insanlara xoş gəlsin deyə büdcəni boş-boşuna xərcləyək. Amma bilirik ki, yay aylarında ot örtüyünün üzəri həftələrlə bağlı qalacaq və xarab olacaq. Ona görə biz bunu bərpa etmədik. Konsertdən sonra - iyul ayının sonunda avqust ayının əvvəli biz işlərə başlaya bilərdik. Amma bizdə futbolla bağlı cədvəl olmadı və heç bir müraciət daxil olmadığı üçün biz ona görə ot örtüyünü bərpa etmədik. Ardınca da artıq milli komanda da Fransa ilə oyun üçün UEFA-ya Tofiq Bəhramov adına Respublika stadionunu sifariş verdi. Yəni burda bizim otu bərpa etməyə heç bir səbəbimiz yox idi. Ona görə nəzərə alaq ki, gələn il BMT ilə bağlı başqa bir tədbir var və yenidən ot örtüyünün üzərində müəyyən bir konstruksiyalar tikiləcək. Beləliklə, ot örtüyü yenidən yararsız hala düşəcək. Avqust ayında, oyunların olmayacağını bilə-bilə, əgər desəydik ki, "ot örtüyünü bərpa edək", bu, gələn il may ayında onun yenidən dağılmasına səbəb olacaqdı. Bu da artıq bir əlavə xərc demək idi. Məhz buna görə tədbirlər nəzərə alındı və ot örtüyünün bərpası həyata keçirilmədi. Yəni sosial şəbəkədəki şərhlərdə deyilən kimi, guya ota baxa bilməyiblər və ya pul başqa yerə xərclənib, belə deyil. Səbəb sadəcə keçmiş və gələcək tədbirlərlə bağlı idi”.

Fərid Əsədzadə

Fərid Əsədzadə vurğulayıb ki, hazırda ehtiyat meydançada 2 klub məşq edir: “Qeyd edim ki, təkcə stadionumuzda hamının gördüyü 69 minlik arena yoxdur, həmçinin 3 ədəd təbii ot örtüklü ehtiyat meydança mövcuddur. Hal-hazırda burada 2 klub məşq edir. Bu meydançalar standartlara cavab verir və yamyaşıl təbii ot örtüyüdür. Əgər biz onları bərpa edə bilmişiksə, demək ki, əsas meydançanı da bərpa edə bilərdik. Etməməyimizin səbəbi isə lüzumsuz xərclərə yol verməməkdir.

“Qarabağ” Çempionlar Liqasına çıxdıqda, ilk oyunları sentyabrın ya 2-ci, ya da 3-cü həftəsi idi. Təbii ot örtüyünün bərpası üçün isə yalnız 3 həftə vaxt vardı ki, bu da otun təbii şəkildə yenidən bitməsi üçün kifayət etmirdi. Otun birbaşa əkilməsi mümkündür, amma bu da çox böyük xərclərlə bağlıdır. Üstəlik, həmin vaxtdan aylar öncə artıq təsdiqlənmişdi ki, gələn il burada BMT-nin bir tədbiri keçiriləcək və tikinti işləri başlayacaq. Belə şəraitdə yalnız “Qarabağ”ın iki oyununa ev sahibliyi etmək üçün böyük vəsait sərf etmək məntiqli deyildi”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Noyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri