Nəyə görə xəstələr səhərə yaxın ölür?
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əksər xəstəxanalarda və eləcə də evdə xəstə ölümləri, infarktlar səhərə yaxın qeydə alınır. Saat 5-6 aralığı kritik saatdır.
Axar.az Medicina.az-a istinadən xəbər verir ki, tibb elmləri doktoru Yuriya Serebryanskaya bunun səbəbini orqanizmdə ürək ritmi və çirkad ritmlərin bu saatda dəyişməsi ilə əlaqələndirib.
Belə ki, orqanizm gecə növbəsindən səhər rejiminə məhz 5-6 arası keçir, bu zaman ürək-damar sistemi yüklənir.
“Adətən təcili yardımı da ya gecəyarı, ya da səhərəyaxın çağırırlar. Bu zaman ürək ağrıları artır. Təzyiq də gündüz, gecə və səhər təzyiqi olur. Gecələr təzyiqi çox qalxan insanlarda bu, beyin insultu ilə nəticələnir. Əgər təcili yardımı səhər tezdən çağırırlarsa, deməli, orda ya infarktdır, ya da insult. Ona görə də xəstələr gecələr təzyiqin qaxlmamasına fikir verməlidir”, - Serebryanskaya qeyd edib.
Baxış sayı:90
Bu xəbər 20 Noyabr 2024 02:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















